Vətən müharibəsi qazisi: "Şuşada səs vermək qürurvericidir
"Uzun illər arzum olub ki, doğulduğum Şuşa şəhərinə yenidən qayıdım və dövlətçiyimizin inkişafına öz töhfəmi verim.
Çox sevinirəm ki, bu gün Şuşa şəhərindəyəm və sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində səsvermə hüququmdan istifadə edəcəyəm".
Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Vətən müharibəsi qazisi, "Cəsur" döyüşçü, "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuş Elvin Məmmədov deyib.
Vətən müharibəsi qazisi əlavə edib ki, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanda parlament seçkilərinin keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir:
"44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfər hər bir azərbaycanlıda böyük qürur hissi yaratmışdı. Bu gün növbədənkənar parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə keçiriləcəyi bizi qürurlandırır.
Mən Azərbaycan vətəndaşı olaraq Şuşa şəhərində yaradılmış seçki məntəqəsinə gedərək səs verəcəyim üçün çox xoşbəxtəm. Azad edilmiş ərazidə səs vermək qürurvericidir". / azxeber.com

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var