"Vətənimiz Orxan Əsgərov kimi oğulların şücaəti sayəsində həmişə var olacaq" - Deputat
"Şəhidimiz Orxan Əsgərov və səfirliyin digər əməkdaşları qəhrəmanlıq göstərərək, daha böyük faciənin qarşısını almış oldular".
Bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov İranın səfirliyimizdə törətdiyi terror hadisəsinə münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Vətənimiz Orxan Əsgərov kimi oğulların şücaəti sayəsində həmişə var olacaq:
"Bu gün Azərbaycanın İrandakı səfirliyindəki xain terror hücumunun qurbanı olan şəhidimiz Orxan Əsgərov Vətən torpağına tapşırıldı. Hamımız dərin hüzn içindəyik. Çünki düşmən olmayan bir qonşu dövlətdən ilk dəfədir şəhidimiz olur. Şəhidimiz Orxan və səfirliyin digər əməkdaşları qəhrəmanlıq göstərərək, daha böyük faciənin qarşısını almış oldular. Belə qəhrəman oğullarımız olduqca bu xalqın iradəsini heç kim qıra bilməyəcək. Vətənimiz belə oğulların şücaəti sayəsində həmişə var olacaq".
"Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin", - deyə deputat əlavə edib.
Aydın Nuri

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür