"Viktoriya"nın baş məşqçisi: "Qarabağ"ın güclü rəqib olduğunu bilirik"
"Qarabağ" daha güclü rəqibdir. Ona görə Macarıstan "Ferentsvaroş"u ilə qarşılaşmaq istədiyimizi söyləmişdim".
KONKRET.az "Report"a istinadən xəbər verir ki, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının baş məşqçisi Mixal Bilek Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis sabahkı matçda hər şeyə hazır olduqlarını bildirib: "Burada havanın isti, tribunada rəqib komandanın azarkeşlərinin çox olacağını bilirik. Bakıya hazırlıqlı gəlmişik. Oyuna konsentrasiya olmağa çalışacağıq".
O, "Qarabağ"ın Polşa, İsveçrə və Macarıstan çempionlarını mübarizədən kənarlaşdırdığını xatırladıb: "Amma biz də Çexiya çempionuyuq. Rəqibin güclü olduğunu bilirik. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
Bilek meydana hansı heyətlə çıxacaqlarını açıqlamayıb: "Start heyətini və hansı oyun üslubunda oynayacağımızı indi demək istəməzdim. Hər şeyi sabah görmək mümkün olacaq. Hələ qruplara qalmamışıq. Sonadək mübarizə aparmalıyıq. Çünki uzun yol qət etmişik".
Təcrübəli baş məşqçi Bakıda qalib gəlmək istədiklərini gizlətməyib: "Evdə rahat oynamaq üçün burada qələbə yaxşı olardı. Amma sabah meydanda nəyin necə olacağını bilmirik. "Qarabağ"ın hücum xətti güclüdür. Ona görə də 2 hücumçu ilə oynayıb-oynamayacağımızı bilmirik".
Qeyd edək ki, avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" – "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi