Voleybol millilərimiz Qızıl Avropa Liqasında iştirak edəcəklər
Voleybol üzrə qadınlardan və kişilərdən ibarət Azərbaycan milliləri Qızıl Avropa Liqasında iştirak edəcəklər.
KONKRET.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının yarışla bağlı müəyyənləşdirdiyi yeni qaydalara uyğun olaraq, iştirakçılar reytinqə əsasən liqalara bölünüblər.
Yüksək reytinqə malik komandalar Qızıl Avropa Liqasında, nisbətən aşağı reytinqli yığmalar isə Gümüş Avropa Liqasında mübarizə aparacaqlar.
Reytinq cədvəlində 20-ci olan qadınlardan ibarət Azərbaycan millisi və 26-cı pillədə qərarlaşan kişilərdən ibarət yığma 2024-cü ildə (17 may – 16 iyun) keçiriləcək Qızıl Avropa Liqasında qüvvələrini sınayacaqlar. Həm qadınların, həm də kişilərin mübarizəsində 12 ölkənin millisi mübarizə aparacaq. Yeni reqlamentə əsasən, bir turnir cədvəli olacaq və ilk 4 yeri tutanlar "dördlər finalı"na yüksələcəklər.
Kişilər: Azərbaycan, Ukrayna, Belçika, Portuqaliya, Çexiya, Rumıniya, Finlandiya, Xorvatiya, İspaniya, Makedoniya, Estoniya, Lüksemburq.
Qadınlar: Azərbaycan, Belçika, Çexiya, Slovakiya, Sloveniya, İsveç, İspaniya, Rumıniya, Xorvatiya, Austriya, Estoniya, Ukrayna.
Qeyd edək ki, qadınların yarışında "dördlər finalı"nın ev sahibi Çexiya olacaq. Kişilərdə isə hələ ki ev sahibi bəlli deyil.
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi