Vüqar Rəhimzadə: Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır

Vüqar Rəhimzadə: Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdırTarixi Zəfərimizin, suverenliyimizin tam bərpa edilməsini həzm edə bilməyən Ermənistan və ona havadarlıq edən dövlətlərin ölkəmizə qarşı müxtəlif planlar hazırladıqları atılan addımlarda özünün aydın ifadəsini tapır. Bu reallıq inkaredilməzdir ki, 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizin ilk günündən Fransa kimi  dünyaya "ədalət və beynəlxalq hüquq" dərsi keçməyə çalışan, amma özləri bu prinsipləri maraqlarına uyğun kobud şəkildə pozan dövlətlər Ermənistanı açıq-aşkar silahlandırmaları ilə diqqətdə oldular. Bütün hallarda məqsəd regionda vəziyyəti gərginləşdirmək, gündəmdə olan sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olmaqdır. Ermənistanın istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə gündə bir arxa, dayaq axtarışına çıxması hər zaman yeni planların çızılmasına, vəziyyətin  gərginləşməsinə gətirib çıxarır.  Mühüm reallıqlardan biri Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin qarantı olması, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifi etməsidir. Lakin hazırda sülh müqaviləsinin imzalanması üçün imkanlar mövcud olsa da Ermənistan yeni dəstəkçilərinin  himayədarlığı ilə ölkəmizə qarşı yeni müharibəyə hazırlaşır.
 Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə azxeber.com-a açıqlamasında bildirib.
 Millət vəkili vurğulayıb ki, Ermənistanda revanşizm əhval-ruhiyyəsi mövcuddur. Fransanın təhriki ilə Ermənistanın sürətlə silahlanması və yeni müharibəyə hazırlaşması diqqətdən kənarda qala bilməz. Bugünümüzün reallıqları bizə 30 illik işğal dövrünü yada salmağa çağırış edir. İşğalçı dövlətin himayədarları dəstəkləri ilə  keçmiş Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına gətirib çıxardılar. Zamanında Ermənistana bu dəstəklər olmasaydı, ədalət və beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozduğuna, BMT qətnamələrinə məhəl qoymadığına görə işğalçıya təzyiqlər göstərilsəydi 44 günlük Qarabağ müharibəsi baş verməzdi. Ermənistanın imitasiya naminə danışıqlara qatılması bu güclərin dəstəklərinin nəticəsi idi. İşğalçı dövlət bununla yeni ərazilər uğrunda müharibə planı hazırlamaq üçün vaxt qazandı. Təbii ki, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutan Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun  belə sürətli əks-hücum əməliyyatı ilə üz-üzə qalacağını düşünmürdülər. 44 günlük İkinci Qarabağ müharibəsi nahaq yerə həqiqət anı kimi dəyərləndirilmir. İkinci Qarabağ müharibəsində bir daha kimin ədalətin, haqqın, kimin işğalçı dövlətin tərəfində olduğu  açıqlandı. Tarixi Zəfərimizdən sonra Ermənistanda baş qaldıran revanşist qüvvələrə rəşadətli ordumuzun verdiyi dərslər də bəllidir. Hadisələrin gedişi ötən ilin sentyabr ayında birgünlük antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etdi. Prezident İlham Əliyevin çıxışlarında da bu çağırış əsas yer tutur ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr 44 günlük İkinci Qarabağ müharibəsini, lokal antiterror tədbirlərini unutmasınlar.
Vüqar Rəhimzadə bildirib ki, Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər. Vəziyyət günü-gündən pisləşir, Rusiya irəliləyir. Buna görə də onlar Rusiyanın diqqətini başqa istiqamətə  yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar. Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır.
Milli Məclisin deputatı onu da qeyd edib ki, yeni müharibə planında  Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür.  Əvvəldə də qeyd etdiyimiz kimi, Ermənistanın silahlanması, Fransanın təcavüzkara silah verməsi, Hindistandan silah alınması, Yunanıstanın S-300 raket komplekslərini Ermənistana vermək niyyəti işğalçının və onun himayədarlarının müharibə planlarından xəbər verir. Bununla yanaşı, Avropa İttifaqının  Ermənistanda hərbi missiyası, Qərbin Azərbaycan Ordusunun, hərbi hissələrimizin dislokasiyası, potensial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürməsi də hazırkı dövrün reallıqları sırasındadır. Vəziyyətin bu şəkildə davamı regionda vəziyyətin gərginləşməsinə aparır. Dünyada və bölgədə sülhün, təhlükəsizliyin tam  təmin edilməsinə, davamlı inkişafa biganə yanaşan bəzi güclər nə zamanədək ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədəcəklər, ikili standartlara əsaslanan siyasətlərindən əl çəkməyəcəklər,  bu gərginliklər mütəmadi baş verəcək. Məhz buna görə də Azərbaycanın qazandığı uğurlarla kifayətlənməyib daim irəli baxması, dövlətimizin başçısı İlham Əliyevin "Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm" çağırışı ölkəmizə qarşı müxtəlif planlar hazırlayan  bəzi güclərə  ciddi mesajdır. Ölkəmizin tarixi Zəfərə, suverenliyinin tam bərpa edilməsinə nail olmasına baxmayaraq hərbi qüdrətimizin artırılması bu gün də əsas prioritetdir. Dövlətimizin başçısının bu çağırışını da xatırlatmaq istərdik: "Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq".

Sosial       Tarix: 06 dekabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Deputatdan "Şərurlu İsfəndiyar"ın tələbələrlə görüşünə İRAD: "Uğurları onu nümunə etmir

"Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı, "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşməsi ictimaiyyət tərəfindən müxtəlif reaksiyalarl

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

Bu dövlət müəssisələri ləğv oluna bilər - Hesablama Palatasından milyardlıq xəbərdarlıq

Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə artıq vergi ödənişlərinin məbləği artıb. xəbər verir ki, bu məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanu

7 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ

Qobustanda ictimai məkanda nalayiq ifadələr işlədən şəxs məsuliyyətə cəlb olunub. Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 45 yaşlı Malik Süleymanov (şərti adla) telefonla danışarkən uca səslə nalayiq ifadələ

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar

Salyanda avtomobil qəzası baş verib. Hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hadisə zamanı "Hyundai Avante" markalı minik avtomobili yolun kənarın

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanı

Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% artaraq 3 912.4 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 0,2% artara

Gələn il pensiyalar belə artırılacaq 

"Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əməkhaqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahid


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun xəbər cəbhədən son məlumatlar cəbhədən son vəziyyət