Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar AÇIQLANDI
"Həmişə deyirdilər, Allah qoruyanı od da yandırmır. Mən bu dəfə gözümlə gördüm ki, Allah qorudu, od da yandırmadı".
azxeber.com xəbər verir ki, bunu "Report"a videomüsahibəsində Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ çıxan Nurullah Siracov deyib.
N.Siracov deyir ki, qəza zamanı heç huşunu itirməyib, hər şeyə şahidlik edib:
"Yoldaşımla birlikdə Qroznıda yaşayan oğlumuzun yanına gedirdik. Təyyarə vurulanda ayağım od tutub yandı, elə bildim deşildi. Yoldaşım dedi ki, bu nədir belə? Onu sakitləşdirmək üçün təyyarənin təkərlərinin yerinə oturduğunu söylədim. Amma özüm narahat oldum. Təhlükəsizlik kəmərimi açıb ayağımın altına baxdım ki, heç nə yoxdur, təyyarənin döşəməsi də olduğu kimidir. Yenidən söykənib oturmuşdum ki, bu dəfə təyyarə daha pis səslə arxadan vuruldu. Bələdçilər sərnişinləri sakitləşdirməyə çalışdı və deyildi ki, Qroznıya eniş edirik. Təyyarə yərə eniş etdi gördüm ki, artıq çatırıq, pəncərədən baxıb hava limanını da, zolaqlarını da, hava limanın binasını, təyyarələri gördüm. Təsəvvür edin, 10 mərtəbəli binadan aşağı baxırsınız. O qədər yerə yaxın idik. Yoldaşıma da dedim ki, daha arxayın ol, çatdıq".
Onun sözlərinə görə, elə o anda təyyarə yenidən göyə qalxıb:
"İnanın, elə sürətlə qalxdıq ki, mən deyərdim təyyarə göyün yeddinci qatına çıxdı. Bələdçi bu anda elan etdi ki, yumşaq nə varsa qatlayıb, alnınızı oturacağa dirəyin, gözlərinizi yumun. Mənim də üstümdə qalın gödəkçə var idi, qatlayaraq verdim yoldaşıma, dedim, təlimata uyğun çatana qədər hərəkət etmə. Qorxmaq ağlıma belə gəlmirdi, fikrim ancaq yoldaşımda idi. Bir də onda gördüm ki, necə dəhşətli zərbə və səslə yerə dəydik. Dedim yəqin parça-parça olduq. Təbii ki, bunu öz-özümə deyirdim".

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək