"WhatsApp Web" istifadəçilərinə şad xəbər
"Meta" "WhatsApp Web"istifadəçilərinin uzun müddətdir gözlədiyi yeniliyi istifadəyə verməyə başlayıb. Artıq istifadəçilər əlavə masaüstü proqramı quraşdırmadan, birbaşa brauzer üzərindən səsli və görüntülü zəng edə biləcəklər.
azxeber.combildirir ki, yeni yeniləmə ilə Windows və macOS üçün masaüstü tətbiqini yükləmək məcburiyyəti aradan qalxır. İstifadəçilər dəstəklənən internet brauzerləri vasitəsilə zəng edə, eləcə də daxil olan zəngləri cavablandıra biləcəklər.
Platformaya əlavə edilən "Zənglər" bölməsi sayəsində bütün zəng tarixçəsinə brauzer üzərindən baxmaq mümkün olacaq. Bundan başqa masaüstü tətbiqdə mövcud olan ekran paylaşımı və emojilərlə reaksiya vermə kimi funksiyalar da "WhatsApp Web"-ə gətiriləcək. Bütün zənglər isə əvvəlki kimi ucdan-uca şifrələmə ilə qorunacaq.
"Meta" onlayn görüş təcrübəsini daha da təkmilləşdirmək məqsədilə "Google Meet"-ə bənzər "Gözləmə otağı" funksiyasını da istifadəyə verəcək. Bu xüsusiyyət vasitəsilə görüşü təşkil edən şəxs "Qoşulmaq üçün təsdiq tələb et" seçimini aktivləşdirərək iştirakçıları təsdiqlədikdən sonra görüşə qəbul edə biləcək.
Yeniliklər arasında yer alan digər funksiya isə "Zəngin ötürülməsi" olacaq. Bu imkan sayəsində davam edən zəngi smartfon, planşet və kompüter arasında əlaqə kəsilmədən davam etdirmək mümkün olacaq.
Şirkət həmçinin zəng keyfiyyətini artıracaq yeni texnologiyaları da təqdim edir. Yeni səs-küyün qarşısını alan sistem səsli danışıq zamanı ətraf mühitdən gələn səsləri minimuma endirərək daha aydın ünsiyyət təmin edəcək. QuickHD texnologiyası isə zəngin ilk saniyələrindən etibarən yüksək keyfiyyətli HD görüntü təqdim edəcək.
"Meta" bildirib ki, sözügedən yeniliklər bütün istifadəçilərə mərhələli şəkildə təqdim olunacaq.
/sfera.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub