"WhatsApp"dan sevindirici yeni̇li̇k: BUNDAN SONRA
"WhatsApp" istifadəçi hesablarının təhlükəsizliyini artırmaq məqsədilə bir sıra yeni funksiyaları istifadəyə verib. Yeniliklər hesabların qorunması, iki mərhələli doğrulama və naməlum nömrələrdən gələn zənglərlə bağlı əlavə təhlükəsizlik imkanlarını əhatə edir.
Platformada əvvəllər istifadə olunan 6 rəqəmli PIN kodu daha güclü şifrələrlə əvəzlənir. Yeni sistemdə istifadəçilər hərf, rəqəm və xüsusi simvollardan ibarət daha uzun şifrələrdən yararlana biləcəklər. Bunun hesabların icazəsiz girişlərdən qorunmasını gücləndirəcəyi bildirilir.
"WhatsApp" istifadəçilərə kontakt siyahısında olmayan şəxslərdən gələn zənglərlə bağlı əlavə məlumat göstərəcək. Belə hallarda zəng edən şəxsin başqa ölkədə olub-olmaması və istifadəçi ilə ortaq qruplarının mövcudluğu barədə məlumat təqdim ediləcək.
Bu funksiyanın əsas məqsədi dələduzluq və şübhəli zənglərin qarşısının alınmasına kömək etməkdir. Yenilik hazırda yalnız "Android" cihazlarında əlçatandır.
"WhatsApp"a hesab və tətbiqə giriş üçün bir neçə parol əlavə etmək imkanı da gətirilib. Barmaq izi, üz tanıma və ekran kilidi kimi təhlükəsizlik üsullarından istifadə edən funksiyanın artıq bir milyarddan çox istifadəçisi olduğu qeyd edilir.
İstifadəçilər bu funksiyanı "Ayarlar" bölməsinin "Hesab" hissəsindən aktivləşdirə və müxtəlif cihazlarda hesablarına daha təhlükəsiz şəkildə giriş edə bilərlər.
/konkret.az / azxeber.com

Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü