Xalq artisti: "Qohumlardan bir az uzaq durmaq lazımdır
Xalq artisti: "Qohumlardan bir az uzaq durmaq lazımdır"
"Zəmanə elədir ki, qohumlardan bir az uzaq durmaq lazımdır. Haradan bilirsən sabah nə olacaq? İndi zəmanə fərqlidir. Mənə deyirlər ki, qohumlardan ehtiyatlı ol".
"Qaynarinfo" xəbər verir ki, bu sözləri Xalq artisti Cavan Zeynallı qonaq olduğu verilişlərdən birində deyib.
Caz ifaçısı hazırda nəqliyyat vasitəsi kimi metrodan istifadə etdiyini bildirib:
"Maşınımı satmışam. Röyanın (Cavan Zeynallının mərhum həyat yoldaşı - red.) "Nissan"ı var idi. Qanunları bilmirəm, sən demə, vəfatından il yarım keçəndən sonra həyat yoldaşının adına keçir. Zəng etdilər ki, gəlin sənədləşdirək. Deyirəm ki, hansı maşın, satmışam. İndi metro ilə gedirəm, rahat, orada tıxac olmur. Bəzən deyirlər mənə ki, Cavan, məşhur adamsan, səni bütün xalq sevir, amma metro ilə gedirsən. Cavab verirəm ki, nə olsun?"
C.Zeynallı vəsiyyətini kimə edəcəyi ilə bağlı suala belə cavab verib:
"Hələ yox. Gərək vaxt keçsin. Zaman özü göstərəcək".
Qeyd edək ki, Zeynallının həyat yoldaşı Röya səhhəti pisləşdikdən sonra xəstəxanaya yerləşdirilmişdi. O, bu ilin yanvar ayında vəfat edib. / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var