Xalq artisti: "Türkiyədə həkim elə söz dedi ki, psixoloji cəhətdən çökdüm"- AÇIQLAMA
Xalq artisti: "Türkiyədə həkim elə söz dedi ki, psixoloji cəhətdən çökdüm"- AÇIQLAMA
Xalq artisti Naibə Allahverdiyevanın səhhəti stabildir.
Bu barədə Oxu.Az-a tanınmış aktrisanın özü məlumat verib.
Aktrisa psixoloji cəhətdən çökdüyünü qeyd edib:
"Mənim problemim ayağım ilə bağlıdır. Bir neçə il öncə çəkiliş zamanı ayağım sınmışdı. Mənə çox əziyyət verdi. Son 4-5 ay idi ki, topuq hissəmdə ağrılar var idi. Travmadan qalan ağrılarım səngimirdi. Artıq ağrılara dözə bilmirdim. Bakıda müalicə olundum. Lakin bir xeyri olmadı. Türkiyəyə yollandım. Orada həkim elə sözlər dedi ki, mən psixoloji cəhətdən çökdüm.
Həkim dedi ki, "ayağının aşağı hissəsi əməliyyat ilə dondurulmalıdır. Ayaq həmin vaxt hərəkətdə olmur. Dedim ki, "siz nə danışırsınız?" Mən aktrisayam. Əməliyyat oluna bilmərəm. Həkimlərə etirazımı bildirdim. İki dəfə həkim mənə eyni sözləri dedi".
N.Allahverdiyeva ayağının İsraildə əməliyyatsız müalicə ola biləcəyini əlavə edib:
"Hazırda Bakıdayam. Yenə ağrılarım keçmir. Ağrıkəsicilər artıq sinirlərimə toxunur. Tamaşalarım var. Tamaşalarda oynamağa məcburam. Hamısı hərəkətlidir. Bir qədər hərəkət olan kimi ağrılar olur. Araşdırma apardım. Məlum oldu ki, İsraildə yaxşı həkimlər var. Əməliyyatsız müalicə oluna bilərəm. Lakin getməyə imkan yoxdur. Diaqnoz tam olaraq qoyulmayıb. Travma ilə əlaqəlidir. Ancaq hərəkətsiz qalmalı olduğumu bildirdilər. Başqa çarə yoxdur. Ümidim Allahadır".
Xatırladaq ki, aktrisa Naibə Allahverdiyeva sosial şəbəkədə səhhətində ciddi problem yaranması ilə bağlı məlumat paylaşıb. Məlum olub ki, müalicə üçün Türkiyəyə yollanıb.
Nəzrin Vahid
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var