Xankəndi də Premyer Liqada olacaq: Şəhəri hansı komanda təmsil edəcək?

Xankəndi də Premyer Liqada olacaq: Şəhəri hansı komanda təmsil edəcək?Son bir ildə sürətlə genişlənən Azərbaycanın futbol xəritəsinə daha bir şəhərin adı əlavə edilə bilər. Söhbət Xankəndidən gedir.
Məlum olduğu kimi, sözügedən şəhərdə stadion var. Gənclər və İdman Nazirliyinin balansına verilən arenada artıq bərpa işləri başlanıb. Azərbaycan futbol ictimaiyyəti sözügedən kompleksin yeni görünüşünü və orada keçiriləcək futbol matçını səbirsizliklə gözləyir.
KONKRET.az xəbər verir ki, yeni mövsümdən Xankəndinin Azərbaycanın futbol elitasına qayıtması planlaşdırılır.
Məlum olduğu kimi, qısa müddətdə işğaldan azad edilmiş bölgələri təmsil edən klublar yaranıb. Onların bir qismi II Liqada və Region liqasında mübarizə aparır. Zamanla çempionatlardakı Qarabağ təmsilçilərinin artacağı ehtimal edilir. Futbolun Xankəndiyə qayıdışı da mümkündür.
Aut.az bu məsələ ilə bağlı maraqlı informasiyalar əldə edib.
AFFA rəhbərliyi Xankəndinin elitada təmsil olunması üçün mümkün variantları nəzərdən keçirir. Hazırda əsas çempionatda iştirak edən komandalardan hansınınsa qədim şəhərimizə göndərilməsi variantı real deyil. Çünki Premyer Liqa iştirakçılarından beşi bölgə təmsilçisidir. Ona görə də diqqətlər I Liqa klublarına yönəlib.
Bu liqada çıxış edən komandalardan birinin qədim şəhərin təmsilçisi olmaq variantı real görünür. Mümkün variantlar arasında ən realı Müdafiə Nazirliyinin balansında olan MOİK hesab edilə bilər. Müzəffər Azərbaycan ordusunu təmsil edən klubun maddi-texniki bazası elə də yaxşı deyil. Ancaq klubun Xankəndiyə köçürülməsi vəziyyəti dəyişə bilər. AFFA başqa klublar üzərindən variantları da nəzərdən keçirir.
Hazırda qurumda seçkiərəfəsi dövr olduğu üçün bu məsələ ilə bağlı müzakirələr elə də aktiv deyil. Ancaq martda baş tutacaq federasiyanın seçki-hesabat konfransında bu məsələ müzakirə ediləcək. Eyni zamanda, saytımıza verilən məlumatda bildirilir ki, Xankəndi variantının gündəmə gəlməsi ilə yeni mövsümdən Azərbaycan Premyer Liqasında iştirakçı sayının artırılması ehtimalı da artıb.

İdman       Tarix: 22 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı

Keçmiş dünya və Avropa çempionu "Şatin" klubu ilə qısamüddətli müqavilə imzalayaraq Honkonqa gedib. İspaniya millisinin keçmiş yarımmüdafiəçisi David Silva peşəkar futbola qayıtmaq və karyerasını davam etdirmə

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər


son xeberler azerbaycan xeberleri yeni xeberler siyaseti xeberler bugun sonxəbərlər valyuta mezennesi 2026 meherremlik 2026