Xankəndidə etirazlar, Paşinyanın yeni oyunu – Brüssel danışıqları hərbi əməliyyatlara rəvac verə bilər

Xankəndidə etirazlar, Paşinyanın yeni oyunu – Brüssel danışıqları hərbi əməliyyatlara rəvac verə bilərYenə erməni hiyləsi, yenə erməni məkri… 30 il Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan 44 günlük müharibədə biabırçı məğlubiyyətə uğradıqdan sonra da məkirli siyasətindən əl çəkmir. Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını bəyan edən rəsmi İrəvanın əməlləri isə bölgədə sülhə xidmət etmir. Ermənilərin törətdikləri təxribatlar nəticəsində sülh danışıqları nəticə vermir. Brüsseldə İlham Əliyevlə Nikol Paşinyanın görüşü ərəfəsində Qarabağda beş-on ermənini küçələrə çıxarıb mitinq təşkil edən Ermənistan hakimiyyətinin məqsədi danışıqlar prosesində manipulyasiya etməkdir.
Milli Məclisin deputatı Elman Nəsirov KONKRET.az-a açıqlamasında ermənilərin bu hərəkətini təxribat adlandırıb:
Xankəndidə etirazlar, Paşinyanın yeni oyunu – Brüssel danışıqları hərbi əməliyyatlara rəvac verə bilər"Bunlar hamısı təxribatçı davranışlardır. Paşinyan baş verə biləcək proseslərlə bağlı məsuliyyəti üzərindən atmaq istəyir. Erməni cəmiyyətində satqın adlandırılan baş nazir yeni planlar qurur. O fikirləşir ki, sabah Brüsseldə hansısa təzyiqlərlə üzləşərsə, deməyə sözü olsun. Desin ki, Xankəndidə erməni əhalisi ayağa qalxıb, etiraz edir və sair. Müəyyən mənada onu gözləyən təhlükəni neytrallaşdırmaq üçün siyasi manevrlərə əl atır.
Amma unudur ki, Ermənistan axına qarşı üzə bilməz. Yəni bütün bunlara baxmayaraq, Ermənistan sülh müqaviləsini imzalamağa məcbur olacaq".
Elman Nəsirov Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşü ərəfəsində törədilən təxribatlardan danışaraq bildirib ki, ermənilər yenə köhnə ampluasındadır:
"Ermənistan öz xislətinə sadiqdir. Yenə də görüş öncəsi Azərbaycanla şərti sərhəddə, eyni zamanda, sülhməramlıların yerləşdiyi Qarabağ ərazisində təxribatlar törədir, insidentlərə əl atır. Paşinyan hökuməti bununla öz sələflərindən – Koçaryan və Sarkisyandan seçilmir, onların siyasətini davam etdirir. Burada məqsəd belə görüşlər çərçivəsində fundamental məsələlərin həlli ilə bağlı ciddi irəliləyiş əldə edilməməsidir.
Amma Ermənistanın təxribatlarına baxmayaraq, tarixin inkişaf xətti var. Ona qarşı çıxanlar sonda uduzurlar. Və tarixi inkişaf da diqtə edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalasın.
Millət vəkili ölkə başçısının son nitqinə də diqqət çəkərək, prosesləri belə şərh edib:
"Azərbaycan prezidenti İlham Əliyev iyul ayının 11-də keçirdiyi müşavirədə qeyd etdi ki, Ermənistanın mövqeyində iki mühüm məsələdə konstruktiv irəliləyiş var. Birincisi, ötən ilin oktyabrında Praqada Ermənistan Baş naziri bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. Eyni zamanda, bu ilin may ayında vurğuladı ki, Azərbaycan ərazisini onun parametrləri ilə tanıyır. Parametrlərə isə Qarabağ, Şərqi Zəngəzur və işğal altında olan anklav kəndlərimiz də daxildir. Bunlar hamısı müsbət tendensiyalardır. Bircə qalır Ermənistanın sözdə bəyan etdiyi mövqeyi imzası ilə təsdiqləməsi və sülh müqaviləsində bunların öz əksini tapması. Çox güman ki, Brüssel danışıqlarında bu məqamlar diqqətdə saxlanılacaq".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 14 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler az xəbərlər son xeberler bugun 2026 azerbaycan valyuta mezenesi