"Xankəndidən dünyaya keyfiyyətli məhsul ixrac edəcəyik

Yeni qurulan fabrik olduğu üçün işlərimiz yavaş-yavaş qaydasına düşür. Zamanla hər şeyin daha yaxşı olacağına ümid edirik".
Bu sözləri Demokrat.az-a açıqlamasında iş adamı, "BUSINESS TEX JV" şirkətinin direktoru Əfqan Müslümov deyib.
O bildirib ki, rəhbərlik etdiyi müəssisə tam fəaliyyətə başlayandan sonra burada 800-1000 nəfər işlə təmin olunacaq:
"İlkin mərhələ olduğu üçün hazırda burada 230 nəfər insan çalışır. Fabrikə Özbəkistandan da mütəxəssislər cəlb ediləcək. Fabrikdə əsasən qısaqol köynəklərin istehsalı nəzərdə tutulsa da, mərhələli şəkildə müxtəlif geyimlərin istehsalı da planlaşdırılır. İndi orada işləyənlər əsasən sahədən gələn xanımlardır. 2-3 ay təlimdən sonra onlar bu işə başlayıblar. Professional dərzilər olmadığı üçün işimiz bir az ləngiyir. Burada əsas məqsəd işğaldan azad olunan ərazilərimizdə insanlarımızı işlə təmin etməkdir".
Ə.Müslümov qeyd edib ki, bütün bu səbəblərə görə bir neçə çeşid məshula keçid edə bilmirik:
"Hazırkı gücümüz odur ki, 1 ayda 300 min qısaqol köynək tikə bilərik.  İstehsal olunacaq məhsullar yerli bazarla yanaşı, xaricə də ixrac olunacaq. Bu fabrik Bakıda olsaydı, ən azı 6 ay sonra ixrac edə bilərdik. Azərbaycan xanımları işlərinin peşəkarıdır. Bunu təkcə mən demirəm, Özbəkistandan olan nümayəndələr də deyir. Hamıda işləməyə həvəs var".
Əfqan Müslümov həm də "PAY GROUP" şirkətinin təsisçisi olduğunu vurğulayıb:
"Əsas fəaliyyət istiqamətimiz Azərbaycanın tikinti və layihələndirmə sektorunda fəaliyyət göstərərək, bu sahəni müxtəlif kateqoriyalı otaq qapıları, giriş qapıları, qapı dəstəkləri, döşəmə örtükləri ilə təmin etməkdir. Bu müddət ərzində şirkət çox sayda keyfiyyətli işləri ilə öz rəqabət üstünlüyünü sübut etməyi bacarmışdı və fəaliyyətini bu istiqamətdə davam etdirməkdədir. "Fortex" sərgi salonu artıq françayzinq sektorunda ixtisaslaşmış və dünyanın bir çox məşhur markalarının etibarını qazanmışdır. Ekskluziv məhsul çeşidi ilə yanaşı, seçilmiş markaların keyfiyyətlərini sübut etmək üçün müvafiq sertifikatlaşdırmalar əldə etmişik.
Əsas dəyərlərimiz ətraf mühitin davamlı inkişafı, etibarlılıq, keyfiyyət, müştəri məmnuniyyəti, dürüstlük və peşəkarlıqdır. Hazırda "Fortex" sərgi salonumuzda təmsil olunan geniş təcrübəyə malik, xam malın hazırlanmasında tətbiq edilən ən sonuncu dünya standartlarına cavab verən Rusiya, Belarusiya, Çin və İtaliya istehsalı marka və məhsullarımızla müştərilərimizə zəmənət təqdim etdiyimiz üçün qürur duyuruq".
Əfqan Müslümov vurğulayıb ki, onun rəhbərlik etdiyi  "PAY GROUP" şirkəti də hazırda çox böyük və tanınmış layihələrdə iştirak edir:
"Buna "Sea Breeze"də olan – Cube Hotel, White Villas 1, White Villas 2,  Palazza Del Sol, Palazza Dela Luna, Lighthouse, Lighthouse 2, Lighthouse 3, Park Residence, Polo Residence, Grand Hotel, Reabilitasiya Mərkəzi, Del Ventos, White Hotel, Landau School, Palazzo Del Verdi & Del Rosa layihələri daxildir".
Qeyd edək ki, Azərbaycan Prezidentinin ötən il avqustun 22-23-də Özbəkistana dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında investisiya proqramları müəyyən olunub. Burada sənaye, kənd təsərrüfatı, turizm və mehmanxana biznesi əsas yer tutur.
Daşkənddə Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə isə yeni Özbəkistan-Azərbaycan birgə layihələrinə start verilib.
Ümumi dəyəri 520 milyon dollar olan 7 layihə həyata keçiriləcək ki, Xankəndi şəhərində Özbəkistanın inşa etdiyi toxuculuq fabriki də onlardan biridir.
/ azxeber.com

Sosial       Tarix: 08 may 2025
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler azerbaycan xeberleri son xeberler qurban bayrami 2026 xəbərlər xeber.az 2026 son.xabar