"Xarı Bülbül" – "Neftçi" oyunu təxirə salındı - FOTO
Bu gün Voleybol Mərkəzində VI tur çərçivəsində təşkil olunan görüşdə MOİK "Neftçi" ilə üz-üzə gəlib.
KONKRET.az xəbər verir ki, matç "Neftçi"nin qələbəsi ilə başa çatıb.
İlk hissəni 25:18 hesabı ilə aktivinə yazdıran Pərviz Səmədovun komandası sonrakı setlərdə də qalib gəlib – 25:23, 25:18.
Qeyd edək ki, bu gün turun və dövrənin son oyunu olan "Xarı bülbül" – "Murov" qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlər kollegiyasının üzvlərinin AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciət olub.
Müraciətdə V turda keçirilən "Xarı bülbül" – "Neftçi" oyununda nizam-intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar qəbul olunması xahiş olunub. Həmin müraciətə fevralın 13-də baxılacaq və AVF tərəfindən müvafiq qərar qəbul olunacaq.
Turnir cədvəli: "Murov" 14 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik "Xarı bülbül" ikinci, 9 xalla "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.


Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi