"Xarı Bülbül" sənədli filmi nümayiş olundu - FOTOLAR

5 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı Səfirliyi tərəfindən Düşənbə şəhərində yerləşən "Vətən" kinoteatrında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər çərçivəsində, isveçli fotoqraf və rejissor Mikael Silkeberqin Azərbaycan mədəniyyətinin incisi olan Şuşa şəhərinə həsr olunmuş "Xarı Bülbül" sənədli filmi nümayiş olunmuş və rəsmi ziyafətlə davam edib.

Sözügedən sənədli film Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyinin dəstəyi ilə rus dilinə tərcümə edilmiş (ingilis dili altyazı ilə) və səsləndirilmişdir.
Tədbirdə, Tacikistanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Tacikistan Respublikasının dövlət qurumlarının və ictimaiyyət nümayəndələri, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri və Azərbaycan diasporasının üzvləri iştirak etmişlər. 
Filmin nümayişindən öncə, Azərbaycan Respublikasının Tacikistandakı səfiri Əlimirzamin Əskərov çıxış edərək, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı qələbədən söhbət açmış, Şuşanın işğaldan azad edilməsinin müharibənin qəhrəmanlıq zirvəsi olduğunu, Zəfər Gününün hər bir azərbaycanlı üçün ən əziz bayram olduğunu qeyd etmiş, həmçinin təqdim olunmuş filmin həsr olunduğu "Xarı Bülbül" və Şuşa şəhəri haqqında qısa məlumat vermişdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Şuşanın tarixi hissəsini tarix-memarlıq qoruğu elan etməsi və bunun nəticəsində Şuşanın abidələrinin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ciddi addım olduğunu, onun füsunkar təbiətində rast gəlinən "Xarı Bülbül"ün məhdud yetişmə arealının olduğunu, Azərbaycan xalqında bu çiçəyin gözəlliyi və əzəməti haqqında çoxlu əfsanə və rəvayətlər yarandığını qeyd etmiş, Şuşa Konservatoriyasının parlaq nümayəndələrinin dünyanın bütün guşələrində Azərbaycan musiqisini layiqincə təmsil edərək ona şöhrət gətirdiyini ifadə etmişdir.
Daha sonra sənədli filmin nümayişi keçirilmiş və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. 
/ azxeber.com

Sosial       Tarix: 07 dekabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj

Qaz limiti ləğv edilir? – AÇIQLAMA

Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Deputat Zahid Oruc isə çıxışında bildirib ki, Qusar, Quba

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanı

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayı

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva

Tanınmış jurnalistə 'Səbail' klubunda vəzifə verildi

"Səbail" futbol klubunda yeni təyinat baş tutub. Tanınmış jurnalist Emin Abbasov klub prezidenti Mirzə Bayrampurun müşaviri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Emin Abbasov daha əvvəl "Xəzər" və "Sabah"

Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yeni təyinat olub. Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb. Əmrə əsasən, Tərlan Əliye

İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?

Son illər Azərbaycanda istehsalat qəzaları nəticəsində xəsarət alan və həyatını itirən işçilərin sayı diqqət çəkir. Belə ki, 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənləri


yeni xeberler azerbaycan xeberleri son xeberler futbol xeberleri xəbər.az metbuat xeberleri son xabarlar