Xərçəngə qarşı yeni vaksin hazırlanır - İlk müsbət nəticə

Xərçəngə qarşı yeni vaksin hazırlanır - İlk müsbət nəticəABŞ-ın biotexnologiya şirkəti Moderna-nın melanoma əleyhinə hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında müsbət nəticələr əldə edilib.
Şirkətin səhmləri açıqlanan nəticələrdən sonra birja ticarətində təxminən 150 faiz bahalaşaraq 63 dollardan 160 dollardan yuxarı qalxıb. Nəticədə Moderna şirkətinin bazar kapitallaşması 55 milyard dolları ötüb.
Söhbət şirkətin ABŞ-ın Merck şirkəti ilə birlikdə hazırladığı Intismeran adlı eksperimental mRNT vaksindən gedir.
Preparat yüksək riskli və ya yayılmış melanoma diaqnozu qoyulan, cərrahi əməliyyatla şişi çıxarılan xəstələr üzərində sınaqdan keçirilib. Tədqiqatda 1100-dən çox pasiyent iştirak edib.
Vaksinin əsas xüsusiyyəti onun hər xəstə üçün fərdi şəkildə hazırlanmasıdır. Preparat xəstənin şişinin özünəməxsus genetik xüsusiyyətləri əsasında hazırlanır və mRNT texnologiyasından istifadə edir. Vaksin pembrolizumab (Keytruda) preparatı ilə birlikdə tətbiq edilib. Sınaqlar zamanı kombinasiyanın yalnız pembrolizumab qəbul edən xəstələrlə müqayisədə klinik baxımdan əhəmiyyətli üstünlük göstərdiyi bildirilib.
Şirkətin açıqlamasına görə, bu, mRNT əsaslı xərçəng vaksininin klinik sınaqların gec mərhələsində ilk dəfə müsbət nəticə göstərməsi baxımından mühüm hadisədir. Moderna və Merck yaxın aylarda preparatın tənzimləyici qurumlar tərəfindən qiymətləndirilməsi ilə bağlı danışıqlara başlamağı planlaşdırır.
Texnologiyanın digər onkoloji xəstəliklərin müalicəsində tətbiqi imkanları da araşdırılır.
///Modern.az/// / azxeber.com

Sosial       Tarix: 20 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Bu həftə bürcləri nələr gözləyir? - Sevgi, pul…

19–25 oktyabr tarixlərini əhatə edən yeni həftə bürclər üçün fərqli hadisələrlə yadda qala bilər. Astroloji yozumlara görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, digərlərini isə iş və maliyyə sahəsində mühüm qərarla

DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər

Azərbaycanda rəsmi iş yeri və stabil gəliri olan şəxslərin belə banklardan kredit ala bilməməsi vətəndaşlar arasında tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda insanlar maaş kartı ilə işlədiklərini və daim

Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq

Oktyabrın 19-dan 21-dək Nizami rayonunun bəzi ərazilərində suyun verilməsində fasilə yaranacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, fasilə su və tullantı sularının axıdılmas

Banklar köhnə dollarları niyə qəbul etmir? – İqtisadçı səbəbi açıqladı

ABŞ dolları Azərbaycanda ən çox istifadə edilən xarici valyutalardan biridir. Son vaxtlar isə bəzi bankların köhnə seriyadan olan və ya cüzi zədələnmiş dollar əskinaslarını qəbul etməməsi vətəndaşların narazılığına yol açıb

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Azərbaycanda quş əti və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın quşçuluq müəssisələrində diri çəkidə 73,6 min ton quş əti və 911 milyon ədəd yumurta istehsal olunub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. 

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri en son xəbərlər bugün bu gunun xeberleri haqqinda melumat sonxabar az