"Xərclənən pulların hara getdiyini hamı bilir" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun sponsorunun transferə pul xərcləməməsi iddiası ilə bağlı suala cavab verib. 
KONKRET.az xəbər verir ki, təcrübəli mütəxəssis "Çempionlar Liqasının qrupuna düşən ildə kluba 50 milyona yaxın vəsait daxil olmuşdu. Cənab prezident də kluba pul ayırmışdı. "Qarabağ"ın sponsoru olan təşkilat bəlkə gəlir güdməklə məşğuldur?" sualına belə cavab verib:
"Hər bir azərbyacanlı mənim üçün dəyərlidir, siz də həmçinin. Biz bu klubda rəhbərlik olaraq o qədər məsuliyyətli işləyirik ki, çoxlarının xəbəri yoxdur. Mən buna əminəm. Çünki bu rəhbərlik Azərbaycan futbolu üçün çox şey edib. Bunu tam əminliklə deyirəm. Heç vaxt bu klubun etdiklərini, komandanın etdiklərini heç vaxt bildirməmişəm. Bu klubun pulları sayılırsa… Heç yerə getmir pullar. Azərbaycan futboluna və kluba xərclənir. Mən və futbolçular daxil olmaqla, "Qarabağ"ın adının nə olduğunu bilirlər. Hər birimiz kasıb uşaqlarla, kasıb futbolçularla, ürəkli futbolçularla, bacarıqlı oyunçularla çox işlər görməyə çalışırıq. Bunu da etməyə çalışırıq. Azərbaycan futbolunun durumunu "Qarabağ"ın büdcəsi ilə ölçürüksə, cavab verə bilməyəcəm. Xərclənən pulların hara getdiyini hamı bilir. Kiçik büdcə ilə, işimizə futbolumuza baxıb, böyük işlər görməyə çalışrıq. Pis də alınmır. Bu gün uduzmuşuqsa, gördüyümüz işlər sıfıra bərabər sayılırsa, əfsuslar olsun ki, cavab verə bilməyəcəm".
Qurbanov bildirib ki, klub rəhbərliyi Azərbaycan futbolu üçün çox şey edib:
"Qonaqların qarşısında, Polşa mətbuatı, polşalılar, digərləri hamısı "Qarabağ"dan danışırsa, iradlarımızı hansısa oyuna yox, başqa yerlərə yönəldiriksə, əfsuslar olsun… İnanın ki, burada nə məsuliyyətisiz işçi, nə də məsuliyyətsiz futbolçu var. Burada olan hamı "Qarabağ"ın böyüməsi və futbolumuzun böyüməsi üçün çox əziyyət çəkib".

İdman       Tarix: 03 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeberler valyuta mezennesi banklar en son xeberler bu gunun xeberleri