Xəzər təhlükə altındadır — XƏBƏRDARLIQ

Xəzər təhlükə altındadır — XƏBƏRDARLIQXəzər dənizində hərbi obyektlərin, donanmaların məhv edilməsi ekoloji fəsadlara yol aça bilər. Belə hallarda neft və digər kimyəvi maddələrin sızması, suyun çirklənməsi və dəniz canlılarının yaşayış mühitinin pozulması riski artır. Biomüxtəliflikə mənfi təsir, balıqçılıq və dəniz ekosistemində zəncirvari dəyişikliklər də müşahidə oluna bilər. 
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, Xəzər dənizində donanmaların məhv edilməsi dedikdə, adətən İrana atılan bombalar və ya İranın atdığı raket zərbələri nəzərdə tutulur.
"Real vəziyyət belədir ki, Xəzərdə Rusiyanın daha çox donanması və hərbi obyektləri var. İran onları hədəf almayacaq, Rusiya isə onları qoruyur. Azərbaycanın gəmiləri və hərbi obyektləri isə potensial hədəf ola bilər, amma ümid edirik ki, belə ağılsız addımlar atılmayacaq. Əgər belə hallar baş verərsə, dənizdəki bütün canlılara və ekosistemə ciddi təsir göstərər. Bu təsir həm havadakı quşlara, həm yerdəki insanlara, həm də suda yaşayan bütün canlılara şamil olur".
Ekspert bildirib ki, neft sızmalarına gəldikdə isə, Xəzər dənizində neftin kəşfindən bəri bu problem mövcuddur.
"Quruda neft əvvəlcə kəşf olunub və daşınma prosesində çirklənmələr yaranıb. Daha sonra tankerlərdən və dəniz şelflərindən sızmalar baş verib. Bu proses biomüxtəlifliyə ciddi ziyan vurur, çünki Xəzər dənizi qapalı bir su hövzəsi olduğundan özünü bərpa etməkdə çətinlik çəkir. Bu baxımdan risklər çoxdur. Məsələn, nərəkimilərin kökünün kəsilməsi bir tərəfdən qeyri-qanuni və plansız ovla bağlıdır, digər tərəfdən isə ekoloji böhran, suyun çirklənməsi və zəhərlənmə səbəbindən, xüsusən Azərbaycan sektorunda balıqlar çəkilib Qazaxıstan ərazisinə. Orada balıqlar daha az ovlandığı üçün sayları nisbətən çoxdur".
Onun sözlərinə görə, region üçün risklər ciddi xarakter daşıyır. 
"Bu məsələlər İran, Rusiya, Azərbaycan, Türkmənistan və Qazaxıstan arasında müzakirə olunmalıdır. Cənubi Qafqaz da bu prosesdən təsirlənə bilər. Xəzər dənizi böyük bir ekosistemdir və onun qorunması çox vacibdir. Problemlərin qarşısını almağın yeganə yolu insanlarda ekoloji mədəniyyətin formalaşmasıdır. Müharibə aparan güclər müharibəni dayandırmalı, İran isə bölgəyə raket zərbələri ilə təhdid yaratmamalıdır".
Qeyd edək ki, İsrail Xəzər dənizində İranın dəniz donanmasının tam məhv edildiyini açıqlayıb.

Hadisə       Tarix: 01 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes