XİN rəsmisi: "Blokada ilə bağlı iddialar yalandır" - VİDEO
"Nəqliyyat vasitələri və erməni təcili yardım maşınları Laçın yolundan sərbəst keçir".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə özünün "Twitter" səhifəsində Şuşa-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanması və humanitar blokadanın yaranması iddialarına cavab verərkən deyib.
"Belə hallar gün ərazində bir neçə dəfə təkrarlanır. Blokada ilə bağlı iddialar yalandır", – deyə o əlavə edib.
Qeyd edək ki, dekabrın 12-dən etibarən Şuşa-Xankəndi yolunda aksiya keçirilir.
Bu gün Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib.
Müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.
Nəticədə BQXK-nın maşınları və ermənilərə məxsus təcili yardım avtomobili Xankəndidən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət ediblər.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür