Xocalıda yük avtomobili aşıb, iki nəfər ölüb
Mayın 7-si saat 10 radələrində Xocalı Rayon Polis Şöbəsinə Zəfər Yolunun Xocalı rayon Baharlı kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "oxu.az"a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.
Onun sözlərinə görə, ilkin araşdırmalar zamanı məlum olub ki, Şuşa şəhər sakini 1959-cu il təvəllüdlü Hüseynəli Süleymanov idarə etdiyi İSUZU markalı yük avtomobili ilə idarəetməni itirərək avtomobili aşırıb.
Hadisə nəticəsində sürücü H. Süleymanov və sərnişin, İmişli rayon sakini 1985-ci il təvəllüdlü Rəşad Nuriyev hadisə yerində ölmüş, digər sərnişin, 1982-ci il təvəllüdlü İmişli rayon sakini Ramil Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Dərhal yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırmalar davam etdirilir. / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi