Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA
FİFA DÇ-2026-nın 1/16 finalında keçirilən Portuqaliya – Xorvatiya matçında (2:1) Xorvatiya millisinin 90+13-cü dəqiqədə vurduğu qolun ləğvi ilə bağlı bəyanat verib.
KONKRET.az qol.az-a istinadla xəbər verir ki, qurumun bəyanatında VAR-ın qərarının düzgün olduğu bildirilib.
Məlumata görə, matçın rəsmi topu olan "Trionda"ya quraşdırılmış "Connected Ball Technology" sistemi müəyyən edib ki, hücum zamanı İqor Matanoviç topa toxunub. Bundan sonra top Mario Paşaliçin önünə düşüb. Paşaliç isə həmin anda ofsayd vəziyyətində olduğundan qol haqlı olaraq qeydə alınmayıb.
FİFA vurğulayıb ki, topun daxilində yerləşdirilən IMU sensorları ən kiçik təması belə qeydə almaq imkanına malikdir. Bu texnologiya hakimlərə daha sürətli və dəqiq qərar qəbul etmək üçün əlavə məlumat təqdim edir.
Qeyd edək ki, Xorvatiya Portuqaliyaya 1:2 hesabı ilə uduzaraq DÇ-2026 ilə 1/16 final mərhələsində vidalaşıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA