Yakob Neestrup: "Qarabağ"ın güclü olduğunu bilirdik

Yakob Neestrup: "Əvvəldən "Qarabağ"ın güclü olduğunu bilirdik".
KONKRET.az xəbər verir ki, bu sözləri Danimarka təmsilçisi "Kopenhagen"in baş məşqçisi Yakob Neestrup UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Bakıda "Qarabağ"a 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra danışarkən deyib.
37 yaşlı mütəxəssis matçın çətin keçəcəyini əvvəlcədən bildiklərini söyləyib: "Şanslar 50/50-yə idi. Birinci hissədə xüsusilə rəqib mükəmməl oynadı. İkinci hissədə biz aktiv olduq. Təəssüf ki, şansları dəyərləndirə bilmədik. "Qarabağ" qələbəyə layiq idi. Nəticə də bunu göstərdi".
O, "Qarabağ"a qarşı ikinci dəfədir oynadıqlarını deyib: "Fərdi səhvlər üzündən məğlub olduq. Hər bir rəqibə hörmət edirik. Onların avrokubok təcrübəsi var. "Qarabağ"ın peşəkar oyunçuları var. Xüsusilə baş məşqçisi çox mükəmməldir. Onlar çox yaxşı oyun göstərirlər. Ağdam klubuna uğurlar arzu edirəm".
Rəqib baş məşqçi məğlubiyyətin stadiondakı atmosferə aidiyyəti olmadığınını vurğulayıb: "Bu gün stadionda çox yaxşı ab-hava vardı. "Qarabağ" mükəmməl nəticələr göstərir. Çempionlar Liqasında çox uğurlu çıxış edirlər. Biz məğlub olsaq da, bu, hər şeyin sonu deyil. Qarşıdakı oyunlara hazır olmaq lazımdır. 3 ildən artıqdır "Kopenhagen"də çalışıram. Biz 4-4-2 sistemi ilə oynayırıq. Bəzən dəyişikliklər etməli oluruq. "Qarabağ" birinci hissədə çox yaxşı, ikinci hissədə isə nisbətən zəif oynadı".

İdman       Tarix: 02 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

ÇL: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" – "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Report-a Azərbaycan təmsilçisini

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Türkiyənin tanınmış hakimi həbs edildi

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Mərkəzi Hakimlər Komitəsinə qarşı aparılan istintaq çərçivəsində saxlanılan Türkiyə Super Liqasının hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel barəsində məhkəmə qəra

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes