Yalçın Əlizadə vəfat etdi - FOTO
Jurnalistika fakültəsinin professoru Yalçın Mustafa oğlu Əlizadə 83 yaşında vəfat edib.
azxeber.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin baş müəllimi Əli Hacıyev məlumat verib.
Yalçın Əlizadə 1974-1981-ci illərdə BDU, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1979-1989-cu illərdə Universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri olub.
1982-1999-cu illərdə Moskva Dövlət Universiteti jurnalistika fakültəsindəki televiziya və radio jurnalistikası kafedrasının müdiri, "dünya şöhrətli TV, radio nəzəriyyəçisi" (Y.Boretski) Ənvər Bağırovun Azərbaycan təmsilçisi olub.
1999-2012-ci illərdə Jurnalistika fakültəsinin dekanı vəzifəsində çalışıb.
1989-cu ildə əməkdar jurnalist fəxri adına layiq görülən Yalçın Əlizadə 1966-cı ildə "Qızıl qələm" mükafatı laureatıdır.
Heydər Əliyevin sərəncamı ilə 2000-ci ildə "Tərəqqi" medalına layiq görülüb.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Əlizadə Yalçın Mustafa oğlu Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR