"Yanlış fənd işlətdiyimə görə məğlub oldum" - Olimpiya üçüncüsü Həsrət Cəfərov
"Olimpiya Oyunlarına qızıl medal qazanmaq üçün getmişdim".
Bunu KONKRET.az-a açıqlamasında Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
O, yarışa ciddi hazırlaşdığını bildirib:
"Olimpiadaya qızıl medal qazanmaq üçün getmişdik. Həqiqətən, bu yolda çox əziyyət çəkmişdim. Amma alınmadı. Təəssüflənmirəm. Əsas odur ki, medalsız qalmadım. Artıq bütün bunlar geridə qaldı. Gələcəyə baxmaq lazımdır. İnşallah, qarşıdakı turnirlərdə daha yaxşı çıxış edəcəyəm. Səhvlərimi nəzərdən keçirib, boşluqları doldurmalıyam. Yanlış fənd işlətdiyimə görə məğlub oldum".
O, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması ilə bağlı təəssüratlarını da bölüşüb:
"Prezident İlham Əliyevin bizim nəticələrimizi yüksək qiymətləndirməsi sevindiricidir. Medal qazanmış idmançılarla görüşdü. Bu, bizi daha da məsuliyyətli edir. Çalışacam ki, gözləntiləri doğruldum. 21 yaşım var, qarşıda bir neçə Olimpiya Oyunlarında iştirak etmək şansım olacaq. Bu fürsəti əldən verə bilmərəm. İnsanlar mənə inanır. Məğlub olduqdan sonra da onlarla dəstək mesajı gəldi. Bunları qarşılıqsız qoymaq olmaz".
Məlik Məlikov,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto