YAP-çı deputat: "Müsavat doğru olanı etdi

YAP-çı deputat: Xəbər verdiyimiz kimi, Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə  görüş təşkil olunub.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən bu görüşdə marağa səbəb olan məqamlardan biri də əsas müxalifət partiyalarından olan Müsavatın iştirakıdır.
Qeyd edək ki, sosial şəbəkələrdə Müsavat Partiyası təmsilçisinin hakimiyyət nümayəndəsi ilə bir masaya oturması müzakirələrə səbəb olub.
YAP-çı deputat Naqif Həmzəyev Gununsesi.info-ya açıqlamasında PA-nın təşkil etdiyi bu görüş haqqında danışıb.
Azərbaycanın demokratik dövlət olduğunu vurğulayan Həmzəyev bildirib ki, siyasi qüvvələrin ölkə həyatındakı rolu danılmazdır: "Bu baxımdan hesab edirəm ki, zaman-zaman müxtəlif məsələlərlə bağlı mərkəzi hakimiyyət, qanunvericilik orqanlarının təmsilçiləri ilə siyasi partiya rəhbərlərinin bir araya gəlməsi təqdirəlayiq haldır. Sevindirici haldır ki, Azərbaycanın siyasi kəsimində münasibətlər ümumumilli məsələlərdə həmrəyliyə, ölkəmizin daha da güclənməsinə yönəlik prinsiplərə söykənir. Təbii ki, bu cür görüşlərdə cəmiyyəti narahat edən bir sıra məsələlər də müzakirə olunur və müyyən təkliflər səslənir ki, bu da ölkənin və cəmiyyətin inkişafı üçün mühüm amildir".
Azərbaycan cəmiyyətinin monolit bir cəmiyyət olduğunu vurğulayan deputat buna bariz nümunə kimi 44 Günlük Vətən Müharibəsini misal çəkib: "Azərbaycan xalqının ali baş komandanın dəmir yumruğu altında birləşməsi, ümumilli həmrəylik bizim qələbəmizi asanlaşdırdı. Hesab edirəm ki, bu birlik gələcəkdə də davam etdirilməlidir. Biz baxmayaraq ki, suverenliyimizi bərpa etmişik, amma güclənməyimizi istəməyən ölkələr yenə də var. Bu ölkələr çalışır ki, Azərbaycanın daxilində düşmənçilik toxumu səpilsin, qarşıdurmalar yaransın. Ona görə də müxtəlif ideologiyalara qulluq etsəllər də belə  cəmiyyətin siyasi kəsimini təmsil edən qüvvələrin  zaman-zaman bir araya gəlməsi vacibdir".
Müsavat Partiyasına bu görüşə qatıldığı üçün ünvanlanan tənqidlərə gəlincə, YAP-çı deputat bildirir ki, Müsavat doğru olanı etdi: "Əgər hər hansı bir siyasi qüvvə özünü cəmiyyətin , dövlətin inkişafı prosesində görürsə, bu cür təşəbbüslərə biganə qalmamalıdır. Bu baxımdan hesab edirəm ki, Müsavat Partiyası doğru olanı edib".  / azxeber.com

Siyasi       Tarix: 19 may 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananla

Rusiyadan Naxçıvanla bağlı yeni gözlənilməz addım – Mi-24 helikopterinin vurulması…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin 9 noyabr 2020-ci ildə Naxçıvan istiqamətində vurulan Mi-24 helikopterinin həlak olmuş heyət üzvlərinin xatirəsini yad etməsi siyasi mesaj kimi qiymətləndirilir. Tədbirin məh

Əbu-Dabidə hansı razılaşma əldə olunacaq? – Ekspertdən mühüm açıqlama

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir. Fevral ayında

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasınd

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberlər son xəbərlər bugün 2026 cəbhədən görüntülər futbol xeberleri