YAP-da ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.
Open.az xəbər verir ki, tədbirdə deputatlar, ziyalılar və gənclər təşkilatlarının üzvləri iştirak ediblər.
Tədbiri YAP icra katibinin müavini Siyavuş Novruzov açaraq bildirib ki, Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət bu gün də layiqincə davam edir: "O, hər zaman Azərbaycan gəncliyinə önəm verib. Öz tarixini bilməyən gənc heç bir nəticə çıxara bilməz". YAP rəsmisi qeyd edib ki, ümummilli lider barədə bir çox kitablar nəşr olunub: "Bu kitablarda da onun Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərdən bəhs olunub. Çalışdığı bütün zamanlarda sübut etdi ki, Azərbaycan xalqına xidmət etmək insanın daxilindən gəlməlidir".
S.Novruzov vurğulayıb ki, ulu öndər hakimiyyətə qayıtmasaydı, Azərbaycan demokratik respublikanın taleyini yaşayacaqdı: "Bu bəladan ölkəni Heydər Əliyev xilas etdi. Nə qədər yaşayırıqsa, Heydər Əliyev siyasi xətdi də davam edəcək".
YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycan xalqı Heydər Əliyevi hər gün anır: "Bu gün ölkədə görülən işlər və aparılan islahatlar Heydər Əliyev siyasətinin davamıdır. Azərbaycan tarixində tarixi şəxsiyyət kimi rolu əvəzsizdir".
M.Qurbanlı vurğulayıb ki, Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra Azərbaycan az zaman içərisində bir çox sahələrdə ciddi nailiyyətlərə imza atıb: "Tarixi tarixdən ibrət almaq üçün oxumalıyıq. Ulu öndərin ibrətamiz addımlarını öyrənmək lazımdır".
Anım mərasimində həmçinin YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin sədri Seyidməhəmməd Məmmədzadə, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Günel Quliyeva və Bakı Dövlət Universitetinin tələbəsi Kənan Seyfullazadə çıxış edərək Heydər Əliyev siyasətinin uğurları, ulu öndər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb