"Yaxşı ki, Tibbə qəbul olmadım" - 617 balla baytarlığı seçən Xaliq

Lənkəran şəhər 8 saylı tam orta məktəbinin məzunu Xaliq Mübariz oğlu Zeynallı qəbul imtahanında 617 bal toplasa da, arzusu olduğu üçün Baytarlıq ixtisasını (ingilis dilində) seçib.
azxeber.com "Qafqazinfo" ya istinadən xəbər verir ki, Xaliqin bu seçimi sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə olunub.
İnsanların bir qismi onun bu balla daha nüfuzlu ixtisaslarda təhsil ala biləcəyini müdafiə etsə də, digərləri gəncin seçimini dəstəkləyib.
Fikirlərini "Qafqazinfo" ilə bölüşən Xaliq Zeynallı bildirib ki, heyvanlara xüsusi diqqəti uşaqlıq illərindən yaranıb:
"Uşaqlıqdan heyvanlara xüsusi sevgim var idi. Düşünürdüm ki, gələcəkdə bir uğur əldə etsəm, bu, mütləq heyvanlarla bağlı olacaq. Böyüdükcə anladım ki, bu hiss keçici deyil və bu sahənin gələcəkdə çox perspektivli olacağını bilirdim. İxtisas seçimində ətrafımdakıların təzyiqi çox oldu. Ailəm və dostlarım bu sahənin perspektivli olmadığını düşünür, "Bu balla o ixtisasa getsən, gələcəkdə işsiz qala bilərsən" deyirdilər. Amma mən öz dünyagörüşüm və ziyalı insanlarla söhbətlərim sayəsində başa düşürdüm ki, hər şey göründüyü kimi deyil. İnsanın həvəsi varsa və onun arxasınca gedirsə, həmişə uğur qazanır".
O, sosial şəbəkələrdə yazılan fikirlər barədə də danışıb:
"Yazırlar ki, bu balla ATU və ya başqa nüfuzlu universitetlərdə oxuya bilərdi. Bəziləri isə başqa yerlərə qəbul ola bilmədiyi üçün Xəzər Universitetini seçdiyimi iddia edir. Yığdığım balla Azərbaycan Tibb Universiteti (ATU) da daxil olmaqla bütün ali məktəblərə daxil ola biləcəyim ixtisaslar var idi. Məni tanıyanlar bilir ki, ən başından valideynlərimə və dostlarıma nə qədər bal toplasam da, Baytarlığın ardınca gedəcəyimi demişdim.
İxtisas seçimi zamanı ilk yerə ATU-nun Tibb ixtisasını yazmışdım. Bu da onunla bağlı idi ki, 9-cu sinifdə valideynlərimlə 1-ci yeri tibb yazacağıma dair razılaşmışdıq. Düşünürdüm ki, marağım olsa oxuyaram, olmasa da başqa universitetlərin baytarlıq ixtisasına köçürülmə edərəm, yaxud təhsilimi xaricdə davam etdirərəm. Nəticədə 617 balla Tibb ixtisasına düşə bilmədim və çox da yaxşı oldu. Çünki tibb sahəsində uğur qazanacağıma inanmırdım; bilirdim ki, irəlidəki illərdə yenə Baytarlığa yönələcəyəm".
X. Zeynallı gələcək planlarından da söz açıb:
"Planlarım çoxdur, amma ən əsası kənd təsərrüfatı üzrə savadlı mütəxəssis olmaq istəyirəm. Çünki hazırda bu sahədə peşəkar kadrlar barmaqla sayılacaq qədər azdır. Bundan başqa, həm universitet illərində, həm də sonrakı fəaliyyətimdə ekzotik heyvanları araşdırmaq niyyətindəyəm".
O, ailəsinin əvvəlcə bu seçimlə razılaşmadığını qeyd edib:
"Ailəm Tibb ixtisasına yiyələnməyimi istəyirdi və bu məsələdə mənimlə razılaşmırdılar. Lakin maddi baxımdan həmişə dəstək olublar. Mən yüksək balla baytar olmaq istəyirdim. Onları danışıb razı salsam da, başqa insanlarla söhbətdən sonra yenə öz fikirlərinə qayıdırdılar. Bu müzakirə 3-4 il davam etdi. Sonda isə yüksək balla istədiyim ixtisasa qəbul olaraq arzumu gerçəkləşdirdim".

Sosial       Tarix: 30 avqust 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov

Qardaşlar arasında söz-söhbət də olar, narazılıq da. Amma qardaş elə qardaşdır. Bu birincisi. İkincisi isə heç biz də pis qardaş deyilik. Biz qardaşlığı ən yaxşı yerinə yetiririk. İnanmayan ardını oxusun. Azərbaycan öz cibində


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes