"Yaxşı qrupa düşdüyümüzə görə sevinirəm" - Faruk Hacibekiç
"Yaxşı qrupa düşdüyümüzü hesab edirəm. Buna görə sevinirəm. Amma son vaxtlar əldə olunan nəticələr göstərir ki, ehtiyatlı olmalıyıq. Bütün futbolçular sərəncamımızda olanda, zədəli oyunçularımız olmayanda iddiamızı ortaya qoymalıyıq. Amma rəqiblərə də hörmətlə yanaşmalıyıq".
Publika.az-ın məlumatına görə, bu sözləri Monteneqro millisinin baş məşqçisi Faruk Hacibekiç yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.
62 yaşlı mütəxəssis bildirib ki, qrupda istənilən komanda birinci yer uğrunda mübarizə apara bilər: "Buna görə də hamını maraqlı oyunlar gözləyir. Qarşıdakı yoldaşlıq matçlarından sonra kollektivdə qələbə ruhu formalaşdırmaq lazımdır. Qrupumuzda asan rəqib yoxdur. Ona görə də hər bir komandaya ciddi yanaşmalıyıq".
Qeyd edək ki, UEFA Millətlər Liqasınınpüşkatma mərasimi keçirilib. Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib. Bu mövsümdən C Liqasında mübarizə aparacaq yığmamız Lüksemburq, Kipr və Monteneqro seçmələri ilə birlikdə I qrupda yer alıb. /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır