Yayda dənizə gedənlər bunları bilməlidir - Əks halda istirahət faciəyə çevrilə bilər

Yayda dənizə gedənlər bunları bilməlidir - Əks halda istirahət faciəyə çevrilə bilərDəniz mövsümünün başlaması ilə istirahət üçün dənizə üz tutanların sayı artıb. Lakin təhlükəsizlik qaydalarına əməl edilməməsi, xüsusilə də küləkli hava şəraitində dənizə girmək ciddi fəsadlara yol aça bilər.
Fövqəladə Hallar Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, bəzi vətəndaşlar riskli hava şəraitində dənizə üz tutur.
Elə ötən günlərdə Mərdəkan çimərliyində 4 nəfər batıb. 
Dənizdə batanlar dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər vətəndaş - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun  axtarışları davam etdirilir.
Təhlükəsizlik eksperti Orxan Musayev azxeber.com-a açıqlamasında deyib ki, çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru səbəbindən baş verir:
"Çimərliklərdə baş verən faciələrin böyük əksəriyyəti insan faktoru səbəbindən baş verir. Yəni qarşısı alına biləcək səhvlər nəticəsində insanlar təhlükəli vəziyyətlərlə üz-üzə qalırlar. Bəzən insanlar dənizdə istirahət edərkən suyun təhlükəli tərəflərinin olduğunu unudurlar. Spirtli içki qəbul etdikdən sonra suya girmək, uşaqları nəzarətsiz buraxmaq və qadağan olunmuş ərazilərdə çimmək bəzi insanlar tərəfindən adi hal kimi qəbul edilir".
O bildirib ki, insanlar yalnız nəzarət olunan və rəsmi fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər:
"İnsanlar yalnız nəzarət olunan və rəsmi fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki həmin ərazilərdə Fövqəladə Hallar Nazirliyinin xilasedici heyəti fəaliyyət göstərir və hər hansı fövqəladə hal baş verdikdə onlar çevik şəkildə müdaxilə edə bilirlər. Nəzarətsiz ərazilərdə xilasedicilər olmadığı üçün baş verən hadisələr zamanı insan həyatını xilas etmək mümkün olmur. Nəzarət olunan çimərliklərdə isə suyun dərinliyi müəyyən edilir, insanların həyatına təhlükə yarada biləcək daşlar, qaya parçaları və digər maneələr təmizlənir".
O.Musayev qeyd edib ki, çimərlik qaydalarını pozanlara qarşı cərimələr tətbiq olunmalıdır:
"Dənizə girməzdən əvvəl hava şəraiti və dalğaların hündürlüyü mütləq nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə meteoroloji amillərin təsiri nəticəsində həyatlarını itirə bilirlər. Maarifləndirici və təbliğat xarakterli tədbirlər daha da gücləndirilməlidir. İnsanlar boğulma zamanı orqanizmdə baş verən prosesləri, axına düşdükdə hansı addımları atmalı olduqlarını bilməlidirlər. Çimərliklərdə təhlükəsizlik qaydalarını pozan şəxslərə qarşı cərimələr tətbiq olunmalıdır ki, insanlar qaydalara daha ciddi yanaşsınlar".
Şahanə Ziyad

Sosial       Tarix: 24 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler bugun 2026 canli xeber.az cəbhədən xəbərlər son xeberler bugun