Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq

Yayda hansı qidalar daha təhlükəlidir? - Ekspertlərdən vacib xəbərdarlıq"İstənilən qida məhsulu fermer təsərrüfatından istehlakçıya çatana qədər "soyuq zəncir" prinsipi ilə daşınmalı və saxlanmalıdır. Bu prinsip pozulduqda qida artıq çirklənmiş və təhlükəli hesab olunur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu prinsipə əməl olunmasını təmin etməyə çalışır".
azxeber.com xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında  Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov bildirib. Onun sözlərinə görə, AİB-nə tez-tez şikayətlər daxil olur ki, yeni alınmış, son istifadə tarixinə hələ vaxt olan yoqurt və digər süd məhsulları göyərib və ya xarab olub:
"Bu, soyuq zəncir prinsipinin haradasa mütləq pozulduğunu göstərir. Təəssüf ki, AQTA bütün satış nöqtələrinə eyni dərəcədə tam nəzarət edə bilmir. Mən AQTA yanında İctimai Şurada 2 il fəaliyyət göstərərkən təklif vermişdim ki, mağazaların soyuducu sistemlərində monitorinqlər aparaq. Çünki bəzi mağazalar elektrik enerjisinə qənaət etmək üçün soyuducuları lazımi temperaturda saxlamırlar, nəticədə qidalar tez xarab olur. Bəzən isə məhsullar elə anbarların özündə xarab vəziyyətdə saxlanılır. Xüsusilə yay mövsümündə süd məhsulları ilə bağlı şikayətlərin sayı kəskin artır. Pepperoni pizza
Qida təhlükəsizliyi standartlarına əməl olunmasına AQTA və onun müvafiq strukturları nəzarət edir. Məhsullar bəzən dövlət standartları (AZS, QOST) ilə deyil, müəssisənin fərdi Texniki Şərtləri (TŞ) əsasında buraxılır. İstehlakçılar mal alarkən üzərində "TŞ" yazılıbsa, bilməlidirlər ki, bu, fərdi müəssisə standartıdır. Üzərində "AZS" (Azərbaycan Standartı) və ya "QOST" nişanı olan məhsullar isə vahid dövlət və dövlətlərarası standartlara tam uyğundur".
E.Hüseynov qeyd edib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən, markalanması (etiketi) olmayan və mənşəyi məlum olmayan malların satışına görə birbaşa satıcı cavabdehlik daşıyır:
"Bəzi kiçik marketlərdə və meyvə-tərəvəz dükanlarında, eləcə də metro çıxışlarında heç bir etiketi olmayan, harada və necə istehsal olunduğu bilinməyən qidalar satılır. Bunlar ciddi təhlükə mənbəyidir və satışa götürülməməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən, markalanması (etiketi) olmayan və mənşəyi məlum olmayan malların satışına görə birbaşa satıcı cavabdehlik daşıyır. AQTA bu cür gizli istehsalçıları aşkar etməli və belə halların qarşısını almalıdır.
İstehlakçılar həmçinin bilməlidirlər ki, xaricdən gələn bəzi malların (xüsusilə kolbasa, sosiska və süd məhsullarının) saxlama müddətini uzatmaq üçün onlara daha çox kimyəvi qatqılar vurulur. Ona görə də yerli məhsullara üstünlük verilməsi daha məqsədəuyğundur. Keçmiş iqtisadiyyat nazirinin məşhur bir sözü var: Hamı yerli mal alsın, xeyir vətənə qalsın!"
Qida eksperti Ağa Salamovun sözlərinə görə, yay mövsümündə marketlərdə demək olar ki, bütün məhsullar risk altındadır. Lakin ən riskli məhsullar ət, toyuq, balıq, yumurta və süd məhsullarıdır:
"Məsələn, marketlərdə havaların istiləşməsi ilə bağlı kolbasa məhsullarına xüsusi diqqət yetirilməlidir. Çünki bəzi hallarda soyuducu sistemləri kifayət qədər effektiv olmur və lazımi temperatur təmin edilmədikdə kolbasalarda kiflənmə və xarab olma halları baş verə bilər. Market sahibləri bu cür məhsulların saxlanılmasına daha ciddi nəzarət etməlidirlər.
Süd məhsulları və dondurmalar da xüsusi diqqət tələb edir. Bəzən dondurmalar soyuducudan çıxarıldıqdan sonra cihazın qapısı açıq qalır və temperatur yüksəlir. Bu zaman məhsul qismən əriyir və yenidən donur. Bu proses təkrarlandıqca məhsulun mikrobioloji keyfiyyəti pisləşir və istehlakçı üçün risk artır. Ona görə də dondurucuların temperatur rejimi düzgün tənzimlənməlidir.
Diqqət yetirilməli məqamlardan biri də qablaşdırmanın vəziyyətidir. Dondurma və digər dondurulmuş məhsullar alınarkən qablaşdırması deformasiyaya uğramış məhsullardan çəkinmək lazımdır.
Ət məhsullarına gəlincə, yay mövsümündə xüsusi diqqət tələb olunur. Bəzi marketlərdə ət məhsulları doğranarkən uzun müddət otaq temperaturunda qalır ki, bu da yol verilməz haldır. Belə məhsullar dərhal soyuducuya yerləşdirilməlidir".
Ekspert qeyd edib ki, marketlərdə həşərat və gəmiricilərə qarşı dezinfeksiya və dərmanlama tədbirləri mövsümdən asılı olmayaraq mütəmadi şəkildə aparılmalıdır:
"Toyuq və balıq məhsulları alınarkən isə istehlakçılar məhsulun rənginə, qoxusuna və səthində şirə və ya yapışqanlıq olub-olmamasına diqqət etməlidirlər. Bu əlamətlər məhsulun keyfiyyətinin pisləşdiyini göstərə bilər".

Sosial       Tarix: 28 iyun 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler cəbhədən şad xəbər ən son xeberler hava proqnozu