Yayda hovuz təhlükəsi: Hansı xəstəliklərə yoluxa bilərsiniz?

Yayda hovuz təhlükəsi: Hansı xəstəliklərə yoluxa bilərsiniz?Yay aylarında hovuzlar sərinləmək və istirahət etmək üçün ən çox seçilən məkanlardan birinə çevrilir. Lakin hovuz suyunun keyfiyyəti və gigiyenik qaydalara əməl olunması sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır. Dezinfeksiya və təmizlik qaydalarına düzgün riayət edilmədikdə bir sıra sağlamlıq problemləri yarana bilər.
azxeber.com-un xəbərinə görə, Respublika Dəri-Zöhrəvi Mərkəzinin həkim-dermatoveneroloqu Sevinc Əliyeva mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, hovuzda çimmək, suyun müvafiq qaydada dezinfeksiya edildiyi və gigiyenik normalara əməl olunduğu hallarda təhlükəsiz hesab edilir.
Həkimin sözlərinə görə, lakin suyun keyfiyyətinə nəzarət zəif olduqda və ya hovuzdan istifadə qaydalarına riayət edilmədikdə müxtəlif sağlamlıq problemləri yarana bilər. O qeyd edib ki, ən çox rast gəlinən hallar dəri infeksiyaları, göz və qulaq iltihabları, eləcə də mədə-bağırsaq infeksiyalarıdır.
Bundan əlavə, hovuz ətrafında sürüşmə nəticəsində müxtəlif travmaların baş vermə riski də mövcuddur. Hovuz suyundan yayıla bilən infeksiyalar
Həkim bildirib ki, hovuzlardan yoluxa bilən infeksiyalar arasında aşağıdakılar daha çox rast gəlinir:
"Dəri infeksiyaları:
Göbələk xəstəlikləri, follikulit (tük follikullarının iltihabı) və virus mənşəli ziyillər, xüsusilə ayaqaltı ziyillər. Bu hallarda qaşınma, qızartı, səpkilər, qabıqlanma və bəzən irinli səpkilər müşahidə oluna bilər.
Göz infeksiyaları:
Ən çox rast gəlinən xəstəlik konyunktivitdir. Əlamətləri gözlərdə qızartı, yanma hissi, sulanma, qaşınma və işığa qarşı həssaslığın artmasıdır.
Qulaq infeksiyaları:
Xarici qulaq yolu iltihabı (otitis externa) hovuzdan sonra inkişaf edə bilər. Bu zaman qulaqda ağrı, tutulma hissi, qaşınma, eşitmənin zəifləməsi və bəzi hallarda ifrazat müşahidə olunur".
Xlorun sağlamlığa təsiri:
Həkim Sevinc Əliyeva hovuz suyunun tərkibindəki xlorun sağlamlığa təsirindən də danışıb. O bildirib ki, normativ səviyyədə istifadə olunan xlor insanların əksəriyyəti üçün təhlükəli deyil: "Əksinə, suyun dezinfeksiyası və yoluxucu xəstəliklərin qarşısının alınması baxımından mühüm rol oynayır. Lakin xlorun normadan artıq olması və ya uzun müddət təsirinə məruz qalmaq dəri quruluğu, qaşınma, gözlərdə qıcıqlanma, öskürək, tənəffüs yollarında narahatlıq və allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə bronxial astma və allergik xəstəlikləri olan şəxslər daha həssas olduqları üçün ehtiyatlı olmalıdırlar".
Uşaqların hovuzda təhlükəsizliyi:
Sevinc Əliyeva bildirib ki, valideynlər uşaqları hovuzda heç vaxt nəzarətsiz qoymamalıdırlar. Onun sözlərinə görə, uşaqlara hovuz suyunu udmamağın vacibliyi izah edilməli, azyaşlı uşaqlar üçün isə xüsusi üzgüçülük bezlərindən istifadə olunmalıdır. Əgər uşaqda ishal, hərarət, dəri səpkisi və ya hər hansı yoluxucu xəstəlik əlaməti varsa, sağalana qədər hovuzdan istifadə etməməsi tövsiyə edilir.
Təhlükəsiz hovuz suyunun əsas göstəriciləri:
Həkim vurğulayıb ki, təhlükəsiz hovuz suyunun əsas göstəricilərindən biri onun şəffaf olması və hovuzun dibinin aydın görünməsidir: "Suyun xoşagəlməz qoxusunun olmaması, hovuz ətrafının, duş və soyunub-geyinmə otaqlarının təmiz saxlanılması da vacib meyarlardandır. Həmçinin hovuzda suyun müntəzəm filtrasiya və dezinfeksiya sisteminin tətbiq olunması təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır".
Hovuz seçərkən bunlara diqqət edilməlidir:
Həkim bildirib ki, hovuz seçərkən sanitariya-gigiyena qaydalarına əməl olunmasına diqqət yetirilməlidir. Hovuzun mütəmadi təmizlənməsi və dezinfeksiya olunması, suyun keyfiyyətinə nəzarətin aparılması əsas meyarlardandır. İstifadəçilər çimməzdən əvvəl və sonra duş qəbul etməli, hovuz ətrafında şəxsi şlapanlardan istifadə etməli, açıq yara, dəri infeksiyası və ya yoluxucu xəstəlik olduqda isə hovuzdan istifadə etməməlidirlər.
Hovuzdan sonra həkimə müraciət tələb edən əlamətlər:
Həkim-dermatoveneroloq bildirib ki, hovuzdan istifadə etdikdən sonra aşağıdakı əlamətlər müşahidə olunarsa, həkimə müraciət etmək tövsiyə olunur: "Hərarət, ürəkbulanma, qusma və ya ishal, yayılmış dəri səpkiləri, güclü qaşınma və ya irinli dəri dəyişiklikləri, qulaqda güclü ağrı, eşitmənin zəifləməsi və ya ifrazat, gözlərdə davamlı qızartı, ağrı və irinli ifrazat. Profilaktik məqsədlə şəxsi gigiyena qaydalarına riayət etmək, hovuzdan əvvəl və sonra duş qəbul etmək, hovuz suyunu udmamaq, şəxsi dəsmal və ayaqqabıdan istifadə etmək, həmçinin xəstəlik əlamətləri olduqda hovuzdan istifadədən çəkinmək tövsiyə olunur".
Həkim-dermatoveneroloq Sevinc Əliyeva əlavə edib ki, yay mövsümündə hovuzlardan düzgün və məsuliyyətli şəkildə istifadə etmək həm şəxsi sağlamlığın qorunmasına, həm də yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına mühüm töhfə verir.

Sosial       Tarix: 28 iyul 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR

Azərbaycanın İraqdan "Aİ-92" markalı benzin tədarük etməsi diqqət çəkib. Neft hasil edən ölkə olmasına baxmayaraq, Azərbaycanın müəyyən növ yanacağın xaricdən alınması bu tədarükün səbəbləri, həcmi və iqtisadi əsaslar

Qarabağ' – 'Neftçi' oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. . DİN-in Mətbuat Xidmətindən -un sorğusuna cavab olara

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeber az futbol xeberleri kriminal xeberler xeber