Yaylagül Ramazanova: "Azərbaycana idman ölkəsi kimi yenidən şöhrət qazandıra bildim" - FOTOLAR

Yaylagül Ramazanova: "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəni dayandıran təmsilçimiz Yaylagül Ramazanova bu gün Vətənə dönüb.
KONKRET.az xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Kamandan Oxatma Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər, idmançının yaxınları və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Y.Ramazanova olimpiadada iştirakı ilə bağlı təəssüratlarını bölüşüb: "Bütün idmançılar kimi, mənim də hədəfim qələbə qazanmaq idi. Birinci turda çinli rəqibimi xala-xal prinsipi ilə məğlub etsəm də, sonrakı mərhələdə həyəcan hissim ikiqat artdı və alman idmançı üzərində üstünlüyü əldən verdim. Azərbaycana qızıl medal gətirmək ən böyük arzum olsa da, yarışdan kənarlaşmağıma çox da təəssüflənmirəm. Çünki ana olmağa hazırlaşdığım bir vaxtda olimpiadada bütün dünyaya mübarizə əzmimi nümayiş etdirdim və Azərbaycana idman ölkəsi kimi yenidən şöhrət qazandıra bildim".
Ramazanova idmanda əldə etdiyi nailiyyətlərdə imzası olan hər kəsə təşəkkürünü ifadə edib: "Öncə bu günə qədər idmançı kimi hiss etdiyim hərtərəfli dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm. Eyni zamanda, Gənclər və İdman Nazirliyinin dəstəyini xüsusi olaraq vurğulamaq istəyirəm, rəhbərliyə təşəkkür edirəm. Və sözsüz ki, idman karyeramda qazandığım bütün uğurlara görə Kamandan Oxatma Federasiyasının adını çəkməyi özümə borc bilirəm. Federasiyanın prezidenti Anar Quliyevə təşəkkür edirəm. Xüsusilə məşqçim Natiq Fazilova üzərimdə çəkdiyi əziyyətə görə "çox sağ ol" deyirəm".
Qeyd edək ki, idman karyerası dövründə bir çox yerli və beynəlxalq əhəmiyyətli yarışların mükafatçısı olan Y.Ramazanova 2015-ci ilin iyun ayında I Avropa Oyunlarında mübarizə aparıb. 2018-ci ilin iyununda Azərbaycan Çempionatının qalibi olub.
Ölkəmizi 2019-cu ildə Dünya Çempionatında, 2016, 2018, 2021 və 2022-ci illərdə isə Avropa Çempionatlarında təmsil edib.
2023-cü ilin iyununda Polşada baş tutan III Avropa Oyunlarının açılış mərasimində milli komandanın önündə Azərbaycan Bayrağını daşıyan Y.Ramazanova kamandan oxatma növündə olimpiadaya lisenziya qazanan ilk azərbaycanlı kimi adını idman tariximizə yazdıra bilib.
Xatırladaq ki, Y.Ramazanova Fransanın paytaxtı Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarının açılışından bir gün qabaq yarışa başlayıb. Kamandan oxatma üzrə qadınlar arasında dünya reytinqində 61-ci sırada qərarlaşan Ramazanova təsnifat mərhələsində 647 xalla 39-cu yeri tutaraq mövsümdə ən yaxşı nəticə göstərən 8 idmançıdan biri olub. 1/32 finalda çinli An Qiuxanı 6:5 hesabı ilə məğlub edərək 1/16 finala vəsiqə qazanıb. Lakin növbəti mərhələdə almaniyalı Mişel Kroppenə 6:2 hesabı ilə məğlub olaraq olimpiadada mübarizəsini dayandırmalı olub.
Qeyd edək ki, iki aydan sonra ana olmağa hazırlaşan 34 yaşlı idmançımızın çətin fiziki durumuna rəğmən olimpiadada yüksək mübarizə əzmi nümayiş etdirməsi dünya idmansevərlərinin diqqətindən yayınmayıb və ona xüsusi rəğbət qazandırıb.
Natiq Səlim,
KONKRET.az
Yaylagül Ramazanova: Yaylagül Ramazanova:

İdman       Tarix: 02 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü


yeni xeberler son xeberler azerbaycan xeberleri iqtisadiyyat xeberleri bugun cəbhədən xəbərlər cəbhədən görüntüleri ən son xəbərlər