Yeni 100 manatlıqdan sonra köhnə əskinasların taleyi necə olacaq? - Aydınlıq gətirildi

Yeni 100 manatlıqdan sonra köhnə əskinasların taleyi necə olacaq? - Aydınlıq gətirildiAzərbaycan Mərkəzi Bankının yenilənmiş dizayna və müasir mühafizə elementlərinə malik 100 manatlıq əskinası tədavülə buraxması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Yeni əskinasın dövriyyəyə daxil olması fonunda vətəndaşları düşündürən əsas məsələlərdən biri də köhnə dizaynlı 100 manatlıqların gələcək taleyidir.
Bəs köhnə 100 manatlıq əskinaslar mərhələli şəkildə tədavüldən çıxarıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, köhnə nümunəli 100 manatlıq əskinasların gələcəkdə tədricən tədavüldən çıxarılması mümkündür.
Yeni 100 manatlıqdan sonra köhnə əskinasların taleyi necə olacaq? - Aydınlıq gətirildi"Amma bu o demək deyil ki, kiminsə əlində həmin əskinaslar qalarsa, onlardan istifadə edə və ya dəyişdirə bilməyəcək. Vətəndaşlar istənilən vaxt Azərbaycan Mərkəzi Bankına müraciət edərək köhnə əskinasları yeniləri ilə dəyişə bilərlər. Bunun üçün vaxt məhdudiyyəti yoxdur. Üstündən nə qədər vaxt keçməsindən asılı olmayaraq, Mərkəzi Bank həmin əskinasları dəyişdirəcək."
Ekspert qeyd edib ki, yeni dizaynlı əskinasların dövriyyəyə buraxılmasında əsas məqsəd nağd pulun təhlükəsizliyini artırmaq, saxtalaşdırma riskini minimuma endirmək və müasir beynəlxalq standartlara uyğun mühafizə elementlərini tətbiq etməkdir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 16 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə

Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək

Oktyabrın 20-si azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat gediş-gəlişini təmin etmək məqsədilə "Sabah" futbol klubunun təşəbbüsü və AYNA-nın dəstəyilə ödənişsiz avtobuslar təşkil olunacaq. Bu barədə -a Rəqəmsa

Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı

Çində alimlər tərəfindən aparılan yeni elmi tədqiqat ev şəraitində içməli suyu təhlükəli mikroplastiklərdən təmizləməyin son dərəcə asan və effektiv yolunu üzə çıxarıb. Məlum olub ki, kran suyunu sadəcə qaynatmaq və xırd

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler sonxeber ən son xəbərlər xeberler bugun