"Yeni qəhrəmanlarımızı yetişdirməliyik
Əməkdar artist Dilarə Əliyeva Xalq artisti Rasim Balayevin vəfatından sonra təsirli çıxış edib.
azxeber.com xəbər verir ki, bu barədə D. Əliyeva "Xəzər axşamı" verilişində danışıb.
Sənətçi deyib ki, öz sənətkarlarımıza sahib çıxmalıyıq:
"Bəlkə də biz yatmışıq, bəlkə də nə baş verdiyini anlamırıq. Rasim müəllim bu dünyada dik duruşu, gözəl sənətkarlığı ilə nə boyda xəzinə vermişdisə, gedişiylə ondan da böyük mesaj verir. Yetər ki, eşitməyi bacaraq. Azərbaycan kinosuna olanına, olmuşuna, olacağına hər kəs sahib çıxmağı, özününkü bilməyi bacarmalıdır. Bura qədər kinomuzun böyük, müqəddəs nümunələri var. Başda Hacı İsmayılov olmaqla biz onları göz bəbəyi, milli sərvətimiz kimi qorumalıyıq. Xalq olaraq sənətkarlarımıza, kinomuza sahib çıxmağı bacarmalıyıq. Çünki heç vaxt üzünü görmədiyimiz tarixi şəxsiyyətləri aktyorlarımızın simasında sevmişik.
Nəyin doğru, nəyin yanlış olduğunu kinolarımıza baxıb bildik. Əsl seviləsi, qədri bilinəsi, nazı çəkiləsi, hörmət ediləsi peşə aktyorluqdur. Çox xahiş edirəm, tamaşaçı kimi tələb edirəm ki, Azərbaycan kinosu onların bizə qoyub getdiyi uğuru təkrarlayana qədər çalışmalıyıq. O qəhrəmanlarımızı yaşatmalıyıq, yeni qəhrəmanlarımızı yetişdirməliyik. Bizə öz kinomuz, öz qəhrəmanlarımız, öz doğrularımız lazımdır".

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək