Yeni təyin olunan səhiyyə naziri kimdir? - DOSYE

Yeni təyin olunan səhiyyə naziri kimdir? - DOSYEXəbər verdiyimiz kimi, bu gün Prezidentin imzaladığı sərəncamla Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
azxeber.com Anar Bayramovun dosyesini təqdim edir:
Anar Bayramov 1975-ci ildə anadan olub.
O, 1997-ci ildə Azərbaycan Tibb Universitetini bitirib.
2004-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirərək maliyyə üzrə magistr (MBA) dərəcəsi alıb.
Tibb üzrə fəlsəfə doktoru olan Anar Bayramov 20-dən çox elmi məqalənin və iki səmərələşdirici təklifin müəllifidir.
Əmək fəaliyyətinə dair məlumatlara əsasən, o, 2002-ci ildən "A-Group" sığorta şirkətinin İdarə Heyəti sədrinin müavini, 2004-2021-ci illərdə isə İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində işləyib.
2006-2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri olub.
2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEIBC) prezidenti vəzifəsini tutub. 2017-ci ildən "Caspian European Club"un sığorta komitəsinin rəhbəridir.
2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin sədri, 2025-ci ildən isə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Baş Məclisinin üzvüdür.
Anar Bayramov tibbi sığorta, səhiyyədə islahatlar və liderlik mövzularında Almaniya, ABŞ, Fransa, Rusiya, Macarıstan, Çexiya, Rumıniya, Sloveniya və digər ölkələrdə keçirilən beynəlxalq konfrans və seminarlarda iştirak edib.
Qeyd edək ki, Anar Bayramov bundan əvvəl TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilib.
Fəridə Əsədzadə

Siyasi       Tarix: 19 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə Prezidenti Bakıdakı beynəlxalq foruma niyə qatılmadı?

"Məlum olduğu kimi, 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə Azərbaycan sədrlik edir. Cari ilin oktyabrın 15-də Bakıda Qurumun sammiti keçirilib. Bu sammit çərçivəsində qəbu

Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Paşinyanın sülhlə bağlı son mesajlarından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də Zəngəzur dəhlizi və digər nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr genişlənib

Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "18 oktyabr. Müstəqilliyin Bərpası Günü. Azərbaycanı

Baş nazirin yeni müavini Teymur Musayev kimdir? - DOSYE

Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib. Teymur Musayevin dosyesini təqdim edir:. Teymur Yusif oğlu Musayev 1970-ci il sentyabrın 16-d

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür

Gəncə şəhərinin İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmə

AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqeyi yalnız onların iqtisadi və siyasi potensialı ilə deyil, həm də milli maraqlarını qorumaq, beynəlxalq hüququn prinsiplərinə əsaslanmaq və qlobal proseslərdə fəa

Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı

Paşinyan 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsinin imzalanmasını hədəfləyir. KONKRET.azxəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu oktyabrın 15-də hökumətin iclası zamanı bildirib. "Mən 2031-c

Anar Bayramov səhiyyə naziri oldu - Sərəncam

Anar Məhərrəm oğlu Bayramov Azərbaycan səhiyyə naziri təyin edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, A.Bayramov səhiyyə naziri təyin edilib. Qeyd edək ki, Anar Bayramo

Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır

"Prezident İlham Əliyevin oktyabrın 15-də səsləndirdiyi fikirlər təkcə Azərbaycanın keçmişdə üzləşdiyi ədalətsizliklərin xatırladılması deyil, həm də beynəlxalq münasibətlər sistemində mövcud problemlərə yönəlmiş cidd


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeber az hava haqqinda valyuta mezennesi cəbhədən son xəbər