Yeni virusla bağlı pis xəbər - yoluxanlar qəfildən keçəl olur

Yeni virusla bağlı pis xəbər - yoluxanlar qəfildən keçəl olurDünya 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizəni davam etdirərkən, Hindistanda ortaya çıxan yeni virus böyük panika yaradıb. 
KONKRET.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 11 kənddə aşkarlanan və ani saç tökülməsinə səbəb olan epidemiya səbəbindən 155 nəfərin birdən-birə keçəlləşdiyi bir vaxtda səlahiyyətlilər vəziyyəti nəzarət altına almaq üçün işlərə başlayıb.
Hindistanın Maharaştra ştatının Buldhana dairəsindəki Şeqaon taluka əyalətinin 11 kəndində baş verən hadisə insanları heyrətləndirib. 155 nəfər birdən-birə keçəl olub.
"Zilla Parishad"ın baş direktoru Qulabrao Haratın rəhbərlik etdiyi qrup sözügedən kəndləri ziyarət edib. Bəyanatda vəziyyətin nəzarət altına alınması üçün səy göstərildiyi vurğulanır.
Hindistan mətbuatında çıxan xəbərlərə görə, Akola və Buldhana tibb fakültələrindən mütəxəssis həkimləri infeksiyanın mənbəyi, ötürülmə yolları və qarşısının alınması üsulları ilə bağlı araşdırmalar aparmağa başlayıb. Son açıqlamaya görə, 11 kənddə ümumilikdə 65 nəfərdən qan nümunələri götürülüb.
"Tibbi tədqiqat və maarifləndirmə işləri davam edir və lazım gələrsə, dövlət səviyyəli ekspert qrupunun iştirakı ilə daha kompleks tədbirlər həyata keçiriləcək", – regional informasiya idarəsinin məlumatında bildirilir. Adıçəkilən kəndlərdəki marketlərdən sabun, saç yağı və şampun nümunələri, yeraltı su sistemindən isə analiz üçün götürülüb.
Bondgaon kənd muxtarı Rameshvaram Dharkarın məsələ ilə bağlı verdiyi açıqlama belədir: "Böhranı aradan qaldırmaq üçün administrasiya sağlamlıq düşərgələri yaradıb, zərər çəkmiş ərazilərdə təmizlik kampaniyasına başlayıb və profilaktik tədbirlərlə bağlı maarifləndirmə proqramları təşkil edib".
Regional səhiyyə işçisi Amol Gite deyib: "Cümə günü 15 yeni hadisə aşkarladıq. Biz bütün xəstələrə göbələk əleyhinə dərmanlar və vitaminlər veririk. Yaxın 4-5 gün ərzində biopsiya nəticələrini alacağımızı gözləyirik".
Səlahiyyətlilər epidemiyanı nəzarət altına almaq üçün kollektiv fəaliyyətin vacibliyini vurğulayıblar./lent.az

Sağlamlıq       Tarix: 13 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bəşəriyyəti ölümcül bəladan xilas edən peyvənd: 8 yaşlı uşaq üzərində aparılan təhlükəli təcrübə

1796-cı il mayın 14-də ingilis həkim Edvard Cenner tibb tarixinin ən mühüm təcrübələrindən birini həyata keçirdi. O, səkkiz yaşlı bir uşağı qəsdən inək çiçəyi virusuna yoluxdurdu. Bir neçə həftə sonra isə onu dövrün ən qorxul

Qrip niyə həftələrlə sağalmır? – Həkim səbəbləri açıqladı

Adətən qripə yoluxan insanlarda xəstəliyin simptomları bir neçə gün ərzində zəifləyir və tədricən aradan qalxır. Lakin son dövrlər yayılan qripəbənzər virus infeksiyalarından sonra öskürək, boğaz ağrısı və halsızlıq kim

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Marketlərdə satılan duru yağlar niyə ağappaq olur? – SƏBƏB TƏƏCCÜBLƏNDİRDİ

Marketlərdə satılan bitki mənşəli duru yağların rənginin bəzən çox açıq, hətta ağımtıl-sarı olması istehlakçılarda suallar yaradır. Bəs bu, istehsal zamanı tətbiq edilən emal və təmizlənmə prosesləri ilə bağlıdır, yoxsa yağı

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi

Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində 5 nəfər meymunçiçəyi xəstəliyinə yoluxub. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Meymunçiçəyinə yoluxma halları varmı? Təhlükəli vəziyyət varmı?. -ın xəbərin

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand


yeni xeberler azerbaycan xeberleri son xeberler apa.az xeberler en son xeber cəbhədən son xəbər valyuta məzənnələri