Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vuruldu
Cüdo üzrə 18 yaşadək yeniyetmələrin Azərbaycan birinciliyində üçüncü – son günün yarışları keçirilib.
KONKRET.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, bu gün oğlanlar arasında 55 (61 nəfər), 73 (44 nəfər), +90 (24 nəfər), qızlar arasında isə 44 (7 nəfər), 57 (10 nəfər), +70 (5 nəfər) kiloqram çəki dərəcələrində yarışlar keçirilib.
Yekun nəticələrə görə, Xumar Qasımzadə (44 kq), Telli Atazadə (57 kq), Nigar Süleymanova (70 kq) qızlar arasında keçirilən yarışlarda yüksək nəticə əldə edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Fikrət Nəcəfov (55 kq), Süleyman Əliyev (73 kq), Ramazan Əhmədov (+90 kq) isə oğlanların yarışında Azərbaycan birinciliyinin qalibi olublar.
Ümumi komanda hesabında Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi birinci yeri tutub. "Neftçi" idman klubu ikinci, Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin komandası üçüncü yerə sahib olublar.
Bununla da yeniyetmələrin Azərbaycan birinciliyinə yekun vurulub.
Xatırladaq ki, birincilikdə ümumilikdə, 514 idmançı (439 oğlan, 75 qız) medallar uğrunda mübarizə aparıb."Report"
Kurslar.az kurslar [newsid: 0-123300]

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ