"Yığmanın yeni məşqçisinin yerli olması ehtimalı az deyil" - Baş katib

AFFA-nın baş katibi Sərxan Hacıyev bu gün keçirilən İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
KONKRET.azxəbər verir ki, qurum rəsmisi öncə yığıncaqla bağlı fikirlərini bölüşüb:
– Bu gün İcraiyyə Komitəsinin iclası baş tutdu. Gündəlikdə 1 məsələ vardı: bu da öncə baş məşqçi Canni De Byazinin hesabatının dinlənilməsi, sonra isə milli komandadakı gələcək taleyi ilə bağlı müzakirənin aparılması idi. Qeyd edim ki, Byazi iclasda qısa olaraq nəticələr haqda müəyyən məlumatlar verdi. Sonra müəyyən müddət Azərbaycanda çalışdığını və artıq fəaliyyətini dayandırmalı olduğunu bildirdi. Bu səbəbdən müqaviləsinin müddətinin uzadılmamasını xahiş etdi. Canni De Byazini dinlədikdən sonra AFFA İcraiyyə Komitəsinin üzvləri daxildə müzakirə apardılar. Həm son 3 ildə onun yığmamıza baş məşqçilik etdiyi dönəmdə qeydə alınan nəticələr, həm də ümumi məsələlər nəzərə alındı. Nəticədə İcraiyyə Komitəsinin üzvləri belə qənaətə gəldi ki, müqavilənin müddətinin uzadılmaması qəbul edilsin. Bu o deməkdir ki, artıq De Byazi ilə müqavilə uzadılmadı.
– Canni de Byazi öz xahişi ilə müqaviləsinin uzadılmamasını istəsəydi, AFFA İcraiyyə Komitəsi müqavilənin müddətini uzatmağı düşünürdü?
– Bu suala cavab vermək çətindir. Çünki hadisələr başqa istiqamətdə cərəyan edəcəkdi. Əlbəttə, öncə baş məşqçinin hesabatı dinlənilməlidir. Dinlənildi və özü müqaviləsinin uzadılmaması ilə bağlı xahişi dilə gətirdi. De Byazi fikrini bildirməsinə baxmayaraq, İcraiyyə Komitəsi müəyyən müzakirələr apardı və sonda qərar verildi ki, müqavilənin uzadılmaması ən düzgün qərardır.
– İcraiyyə Komitəsinin iclasında gələcəklə bağlı başqa hansı məsələlər müzakirə edildi?
– Gələcəklə bağlı onu deyə bilərəm ki, xüsusi İşçi Qrupu yaradılacaq. Orada həm İcraiyyə Komitəsinin üzvləri, həm də kənardan mütəxəssislərin dəvət olunması ehtimal edilir. Həmin İşçi Qrupu tərəfindən baş məşqçi postuna müəyyən təkliflər irəli sürüləcək. Əlbəttə, bütün amillər nəzərə alındıqdan sonra onlar İcraiyyə Komitəsində müzakirəyə çıxarılacaq və qəti qərar veriləcək. İşçi Qrupunun üzvləri ilə bağlı hazırda məlumat verə bilmirik. Yaxın zamanda bununla bağlı zamanla ictimaiyyətə açıqlama verəcəyik.
– Boş qalan baş məşqçi postuna kimin gətiriləcəyi təxminən nə zaman müəyyənləşəcək?
– Bizim növbəti oyunlarımız 2024-cü ilin martında yoldaşlıq görüşləri çərçivəsində baş tutacaq. Ən məqsədəuyğun istiqamət yoldaşlıq görüşlərindən bir neçə ay öncə baş məşqçi məsələsi həllini tapsın. Hazırda konkret tarix müəyyənləşməyib. Düşünürəm ki, qarşıdakı 1 və ya 2 ay ərzində məsələ həllini tapsın. Həmin çalışdırıcıya vaxt lazım olacaq ki, komandanı mart ayında keçiriləcək oyunlara hazırlaşdırsın.
– Yeni baş məşqçi seçilərkən hansı kriteriyalar əsas götürüləcək?
– Əsas kriteriyalardan biri mentalitetimizə bələd olan şəxsə üstünlük veriləcək. Yəni yerli futbolçuları, mədəniyyətimizi tanıyan namizədin olmaq ehtimalı böyükdür. Yığmanın növbəti çalışdırıcısının yerli olması ehtimalı az deyil.
– Canni de Byazinin mətbuatla bağlı səsləndirdiyi fikirlər barədə İcraiyyə Komitəsi ona qınaq nümayiş etdirdimi?
– Bu məsələ də müzakirə olundu. O, dediklərinə görə qınanıldı və İcraiyyə Komitəsi tərəfindən birmənalı şəkildə pislənildi. De Byazi dinlənildikdən sonra müzakirələr aparıldı. Qərar veriləndə yığmanın nəticələri də qeydə alınmışdı.

İdman       Tarix: 22 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl


son xeberler azerbaycan xeberleri yeni xeberler butun xeberler bugünkü son xəbərlər xeber qarabag