Yüksək səslə mahnı dinləyən şəxsi qətlə yetirdi - TƏFƏRRÜAT - VİDEO

Yüksək səslə mahnı dinləyən şəxsi qətlə yetirdi - TƏFƏRRÜAT - VİDEOYüksək səslə mahnı dinləyən şəxs qətlə yetirilib.
Hadisə 2019-cu il martın 9-da Binəqədi-Xırdalan şosesində, Qiyas Niyazova məxsus fərdi evdə baş verib. Otaqlardan birində Şəhriyar Allahverdizadənin üzərində bıçaq xəsarəti olan meyiti aşkar edilib.
İstintaqla müəyyən edilib ki, İstintaqla müəyyən edilib ki, martın 9-u gecə saat 2 radələrində Cavid Həmidli, onunla eyni otaqda kirayədə yaşayan Səbuhi Şirinov və tanışı İbrahim Qasımzadə ilə birlikdə yemək yeyərkən qonşu otaqda qalan Şəhriyar Allahverdizadə və Elgiz Seyidov yüksək səslə musiqi dinləməsi mübahisəyə səbəb olub. Səbuhi Şirinov Elgiz Seyidovu çağıraraq, onları narahat etdiklərini bildirib və musiqinin səsini azaltmasını xahiş edib. Sərxoş vəziyyətdə olan Elgiz Seyidov musiqinin səsini azaldacaqlarını söyləyəndə, Şəhriyar Allahverdizadə otaqdan çıxaraq "Sən kimsən ki, bizə deyirsən səsi azalt?" deyib. Bunu özünə qarşı hörmətsizlik kimi qəbul edən Cavid Həmidli Şəhriyar Allahverdizadənin üzünə yumruqla zərbə vurub, onu yerə yıxıb. Ardınca da mübahisəyə müdaxilə etmək istəyən Elgiz Seyidovun sinəsinə də bir dəfə zərbə endirib. Daha sonra öz otaqlarına girib yastığın altına qoyduğu qatlanan ov bıçağını götürüb. Geri qayıdıb Şəhriyar Allahverdizadənin döş qəfəsinə bıçaqla bir dəfə zərbə vuraraq onu öldürüb.
İş üzrə dindirilmiş Cavid Həmidli bildirib ki, hərbi xidmətdən yaşadığı Bərdə rayonuna qayıtdıqdan bir müddət sonra işləmək məqsədilə Bakı şəhərinə gəlib. Paytaxtda müxtəlif yerlərdə fəhlə işləyib. Binəqədi qəsəbəsində Qiyas Niyazova məxsus fərdi evdə kirayədə yaşayıb. Evin həyətində ayrı-ayrılıqda 4 otaq olub. Pünhan Xəlilov və Səbuhi Şirinovla birlikdə qalıb. Fəhlə işlədiyindən hər gün evə gecə saat 1-2 radələrində gəlib. Yemək yeyəndən sonra yorğun olduğundan yatmaq istəyib. Musiqi səsini azaltmaları üçün sonradan adlarını bildiyi Elgiz və Şəhriyarın yaşadıqları otağa yaxınlaşıb qapını döyüb. Qapını açan Elgizdən mahnının səsini azaltmasını xahiş edəndə qonşusu ona səsi azaldacağını deyib. Bu zaman Şəhriyar otaqdan çıxaraq musiqinin səsinin azaltmayacağını bildirib və onu söyüb. Valideynlərini itirdiyindən Şəhriyarın söyüşləri ona çox pis təsir edib. Yaşadığı otağa keçib, yastığın altından özünə məxsus bıçağı götürüb. Şəhriyar əlində bıçaqla üstünə gələndə öz bıçağı ilə onun qoluna xəsarət yetirmək istəyib. Amma bıçaq Şəhriyarın ürəyinə dəyib.
Məhkəmə iclasında Cavid Həmidli ittiham üzrə özünü təqsirli bilib.
O, cavan olmasını, cinayəti Şəhriyar Allahverdizadənin onun valideynlərini təhqir etməsi nəticəsində törətdiyini bildirərək, məhkəmədə barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid Həmidli 11 il müddətinə azadlıqdan məhrum olunub.

/ azxeber.com

Sosial       Tarix: 20 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler azerbaycan xeberleri yeni xeberler novruz bayramı en son xeberler bu gun cəbhədən son xəbərlər 2026 azerbaycan son xeber bugun