Zakir Həsənov: 'Birgə təlimlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin qorunması üçün vacibdir
"Ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlıq davam edir".
azxeber.com xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli və gürcüstanlı həmkarları ilə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, birgə təlimlər Cənubi Qafqazda sülh və təhlükəsliyin qorunması üçün vacibdir: "Xalqlarımız arasında yaxınlığın hərbi əməkdaşlığın bu səviyyəyə çatmasında müstəsna rolu var. Xalqlarımıza sülh, əmin-amanlıq və rifah arzulayıram".
Z.Həsənov xatırladıb ki, Azərbaycan və Gürcüstanın müstəqilliyinin ilk illərindən Türkiyə ilə başlayan əməkdaşlıq son illər sürətlə inkişaf edib.
Qeyd edək ki, bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş olub.
Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür