Zakir Həsənov Gürcüstanın müdafiə naziri ilə görüşdü
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 21-də Türkiyədə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.
Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, ikitərəfli görüşdə ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyi qeyd edilib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyi bildirilib.
Azərbaycan MN-dən Rusiya sülhməramlılarına etiraz:
Tərəflər Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıblar.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri üzrə ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür