Zaqatalada şok olay: 'Bir də ayılırdım ki, dayımın yatağındayam...' - Təfərrüat

Zaqatalada şok olay: 'Bir də ayılırdım ki, dayımın yatağındayam...' - TəfərrüatZaqatala rayonunda 1989-cu il təvəllüdlü Fariz bacısı qızı Səbinəyə (adlar şərti verilib - red.) təcavüz edib.
azxeber.com Teleqraf.com-a istinadən bildirir ki, Fariz 2019-cu ilin avqust ayından etibarən mütəmadi olaraq 2008-ci il təvəllüdlü Səbinəyə etdiyi iyrənc hərəkət barədə kiməsə deyəcəyi halda nənəsi və dayısını öldürməklə hədələyib, yataq otağına apararaq onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.
Sonuncu dəfə 3 aprel 2022-ci ildə axşam saatlarında Fariz Səbinəni yaşadığı evinin yataq otağına aparıb. Qışqırmaması üçün əlləri ilə onun ağzını tutub və əl zərbələri ilə üz nahiyəsinə vuraraq müqavimətini qırıb. Sonra ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
İstintaq orqanı tərəfindən Farizin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham elan edilib.
Farizin barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rafail Əliyevin icraatında araşdırılıb.
Təqsirləndirilən şəxs qismində ifadə verən Fariz ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, bacısı qızı Səbinə, qardaşı Elmar və anası Vahidlə birlikdə yaşayıb: "Səbinə Zaqatala şəhərində İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın 7-ci sinif şagirdidi. Həftənin 5 günü məktəbdə qalır, şənbə-bazar yaşadığımız evə gəlirdi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 2019-cu ilin avqust ayından başlayaraq Səbinəyə yaxınlaşmağa başlayıb: "O, həmişə gəlib saçımı sığallayırdı, belim ağrıdığı üçün belimi ovxalayırdı. Məndə Səbinəyə qarşı ehtiras formalaşmağa başladı. Həmin vaxtlar sərxoş olduğum gecə Səbinəni yataq otağıma çağırdım. O da yataq otağıma gəldi. Anam yatırdı. Səbinədən şalvarını çıxarmasını istədim. Səbinə də şalvarını çıxardı. Çarpayıda üzü üstə uzanmasını istədim. O da çarpayıya uzandı. Ona qarşı seksual xarakterli hərəkətlər etdim, cinsi ehtirasımı təmin etdim".
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonrakı vaxtlarda Səbinə şənbə və bazar günləri yaşadıqları evə gələn zaman onu yataq otağına çağırırıb, bəzi vaxtlar isə Səbinənin yatdığı üçün qucağında otağına gətiririb. Yataq otağında bacısı qızı ilə intim münasibətdə olub. Bəzi zamanlarda bu hərəkətləri sərxoş vəziyyətdə edib.
Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə Səbinə ilə intim münasibətdə olan zaman anası içəri girib:
Ətraflı
"Anam qardaşımı çağırdı. Qardaşım məni döyərək evdən qovdu. Mən isə bir neçə gün sonra getməyə yerim olmadığı üçün evə qayıtdım. Bundan sonra isə yenə gecələr Səbinəni otağıma çağırırdım. O da otağıma gəlirdi. Yenə onunla cinsi əlaqədə olurdum, ona qarşı seksual xarakterli hərəkətlər edirdim".
Farizin ifadəsinə görə, sonuncu dəfə təxminən həbs olunmamışdan 2 həftə əvvəl axşam saatlarında Səbinə ilə cinsi əlaqədə olan zaman anası və qardaşı otağa daxil olub: "Yenə qardaşım məni döydü, evdən qovdu. Gecə evə qayıtdım. Bundan sonra Səbinə ilə münasibətdə olmadım".
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, Səbinəyə seksual xarakterli hərəkətlər etmək üçün ona qarşı zorakılıq etməyib, Səbinə onun istəklərini yerinə yetiririb, ancaq sərxoş olduğu zamanlar çox şeyi xatırlamayıb. Bildirib ki, Səbinənin aralarında olanları başqa şəxslərə deməməsi üçün hədələməyib. O, əməlindən peşman olduğunu söyləyib.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinənin sözlərinə görə, nənəsi və dayıları ilə bir evdə yaşayır: "2019-cu ilin avqust ayında günorta saat 14 radələrində nənəm yas mərasiminə getdiyi üçün qonşunun evinin həyətində uşaqlarla oynayırdım. Dayım Fariz məni çağırdı, evə getdim. O, məni siqaret almağa göndərdi. Ona siqaret alaraq gətirdim. Uşaqlar məni oynamağa çağıran vaxt dayım 5 dəqiqə gözləməyimi istədi. Gözləyəndə məni qucağına alaraq öz yataq otağına apardı. Çarpayının üzərinə uzandırdı. Zənn etdim ki, mənimlə oynayır. Daha sonra dayım şalvarımı və alt paltarımı aşağı çəkdi. Şalvarımı geyinmək istəsəm də, icazə vermədi.
Qışqırmaq istəyəndə ağzımdan tutaraq məni şillə vurdu. Sakitləşməyimi istədi. Qorxudan sakit durdum. Dayım mənimlə cinsi əlaqədə olan zaman ağladım. Ancaq ağzımı tutduğu üçün qışqıra bilmədim".
Səbinə qeyd edib ki, cinsi əlaqədən sonra dayısı onu hədələyib: "Fariz məni hədələdi ki, nənəm və digər dayım bilsə, üçümüzü də öldürəcəyini dedi. Buna görə də heç kimə demədim. Bundan sonra dayım mütəmadi olaraq həftənin şənbə-bazar günləri mənimlə cinsi əlaqədə olub.
Mən nənəmlə eyni otaqda yatırdım. Dayım gecə məni qucağına alaraq öz otağına aparırdı. Məni soyunduranda onun yatağında olduğumu bilirdim. Ağzımı tutduğu üçün səsimi çıxara bilmirdim. Səsimi çıxaramaq istədiyim zaman isə məni döyürdü. Nənəm də ağır yatdığı üçün dayımın mənə zorakılıq etməsini bilmirdi".
Zərərçəkmiş qeyd edib ki, son vaxtlar məktəbdən evə buraxdıqları zaman o evə getmək istəməyib: "Baş verənləri məktəbin psixoloquna danışdım. Məni həkimə apararaq müayinə etdirdilər. Daha sonra psixoloq polisə bu barədə şikayət etdi".
Məhkəmənin hökmü ilə Fariz 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Sosial       Tarix: 13 noyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler 2026 idman xeberleri dunya xeberleri xeberler az