"Zaqreb Open": Azərbaycan yığması son gündə 2 medal qazandı
Xorvatiyada keçirilən "Zaqreb Open" turnirinin sonuncu günündə Azərbaycanın yunan-Roma güləş yığması daha bir medal qazanıb.
KONKRET.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan Nihat Məmmədli finala qədər irəliləsə də, həlledici görüşdə iranlı Mehdi Nejada məğlub olaraq, gümüş medal əldə edib.
Nihat Məmmədli finala kimi ardıcıl olaraq Yustas Petraviçyus (Litva), Murad Məmmədov (Azərbaycan), Kriştian Keçkemeti (Macarıstan) və Razvan Arnauta (Rumıniya) qalib gəlib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb. Yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) isə qızıl medala sahib çıxıb.
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi