Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu

Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı olduOktyabrın 24-də Türkiyə Respublikasının Zəfər Partiyasının təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Zəfər Partiyası sədrinin müşaviri Hakkı Şafak Ses arasında görüş keçirilib.
azxeber.com xəbər verir ki, partiyanın sədri Ümit Özdağın salamlarını çatdıran Hakkı Şafak Ses Yeni Azərbaycan Partiyası ilə Zəfər Partiyası arasında əlaqələrin qurulmasında maraqlı olduqlarını, partiyasını təmsil edən nümayəndə heyətinin Bakıya səfər edərək bu məsələlərin müzakirə olunmasının mümkünlüyünün nəzərdən keçirilməsini xahiş edib.
O, son zamanlar Türkiyənin bəzi siyasi dairələri tərəfindən Azərbaycana qarşı kampaniyanın aparılmasının Zəfər Partiyası tərəfindən ciddi narazılıq və narahatlıqla qarşılandığını diqqətə çatdırıb. Müşavir vurğulayıb ki, partiyanın sədri Ümit Özdağ ilk gündən öz mövqeyini ortaya qoyaraq bu məsələlərə kəskin etirazını bildirmiş, heç bir qüvvənin Azərbaycanın daxili işlərinə qarışmasına haqqının çatmadığını bütün ictimai çıxışlarında birmənalı şəkildə vurğulamışdır: "Azərbaycan müstəqil və dünyəvi dövlət kimi öz qərarlarını verməkdə sərbəstdir və onun daxili işlərinə müdaxilə cəhdləri qətiyyən yolverilməzdir".
 Hakkı Şafak Ses bəhs olunan məsələ ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mətbuat Xidmətinin açıqlamasına toxunaraq YAP-ın haqlı mövqeyinin Türkiyə cəmiyyəti tərəfindən dəstəkləndiyini vurğulayıb. O, Azərbaycan tərəfindən "arzuolunmaz şəxs" elan edilərək ölkəyə giriş qadağası tətbiq edilən 31 nəfər şəxsin qeyri-obyektiv yanaşmasının Türkiyə xalqının mövqeyini əks etdirmədiyini bildirib. "Son hadisələr bir daha təsdiqlədi ki, Türkiyə xalqı Azərbaycanın müstəqil, prinsipial, milli maraqlara, dostluq və qardaşlıq prinsiplərinə əsaslanan siyasətinə hörmətlə yanaşır. Türkiyə-Azərbaycan birliyinə zərər verən bütün neqativ halların qarşısı birmənalı şəkildə alınmalıdır. Zəfər Partiyasının mövqeyi bundan ibarətdir ki, Türkiyədə Azərbaycana qarşı mənfi təbliğat aparan şəxslər barəsində hüquq müstəvisində konkret tədbirlər görülməlidir", - deyə müşavir əlavə edib.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov salamlara görə təşəkkürünü bildirib, onun da salamlarının Ümit Özdağa çatdırılmasını xahiş edib.
Türkiyənin müəyyən siyasi dairələri, o cümlədən yüksək dövlət vəzifəsi daşıyan və hakim partiyanı təmsil edən şəxslər tərəfindən Azərbaycana qarşı aparılan iftira və böhtan xarakterli təbliğatın ciddi təəssüf doğurduğunu vurğulayan Tahir Budaqov ölkəmizin haqlı mövqeyinə birmənalı dəstəyinə görə Zəfər Partiyasına və onun sədrinə minnətdarlığını ifadə edib.
YAP Sədrinin müavini vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olduğu bir vaxtda gözlənilmədən ölkəmizə qarşı qərəzli kampaniyanın təşkili ciddi tarixi səhvdir. Mürəkkəb geosiyasi proseslər fonunda Azərbaycanın Türk dünyasında həmrəylik və əməkdaşlığa, eləcə də Türk Dövlətləri Təşkilatının  müasir beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsinə mühüm töhfələr verdiyini xatırladan Tahir Budaqov yaranmış vəziyyətin bu prosesə də zərər verən faktor kimi yolverilməz olduğunu vurğulayıb: "İndiyədək müxtəlif dönəmlərdə müəyyən çətinliklərlə üzləşən Azərbaycan-Türkiyə münasibətləri xalqlarımızın iradəsi sayəsində sınaqlardan şərəflə çıxaraq daha da güclənib. Bu gün ölkəmizin dünyəvilik prinsipinə əsaslanan müstəqil siyasətinə təzyiq göstərmək cəhdi yolverilməzdir və Azərbaycanı öz yolundan döndərmək mümkün deyil".
Görüşdə YAP ilə Zəfər Partiyası arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu

Siyasi       Tarix: 25 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan və Azərbaycan neft sənayesi və energetika ilə yanaşı, investisiya əməkdaşlığını digər sahələrə də inkişaf etdirmək barədə razılığa gəliblər. xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşanka

Bakının tənqid edən Ankara bura qoşun göndərir – İnanılmaz

Türkiyə İsraillə müharibəyə girmək üçün Qəzzaya ordu yeridir!. Yaxşı, yaxşı, zarafat elədim. Belə bir qərar yoxdur, olacağı da gözlənilmir. Amma əvəzində Türkiyə şiə husilərə qarşı mübarizə üçün Səudiyyə Ərəbistanına qoşu

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır. xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev Estoniya parlamentinin deputatı, Estoniya-Azərbayca

Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər

Brüsseldə Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətində ("European External Action Service") oktyabrın 21-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri qəbul olunub. xəbər verir ki

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi

Rusiya Prezidenti Vladimir Putin hökumətdə yerdəyişmələri təsdiqləyib. APA-ya istinadla xəbər verir ki, dəyişikliklər baş nazirin müavinlərinə, hökumət aparatına və Nəqliyyat Nazirliyinə təsir edib. Belə ki, Yuri Trutne

Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib

Azərbaycanın Portuqaliyadakı səfiri İlqar Muxtarov Portuqaliya Xarici İşlər Nazirliyinin Xarici Siyasət üzrə baş direktoru, səfir Helena Malkata ilə görüşüb və Lissabonda Azərbaycan səfirliyinin açılışı ilə bağlı məsələlə

Prezident qızları bir arada - Foto

Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəs

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşüb. xəbər verir ki, Elçi

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR

Oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasını


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal xeber son xeber 2026 son.xeberler