Zəlzələdə həlak olan tələbənin atasından ürəkdağlayan sözlər

Zəlzələdə həlak olan tələbənin atasından ürəkdağlayan sözlərÖtən gün Türkiyənin Malatya şəhərində dağıntılar altında qalan azərbaycanlı tələbələrin meyitləri tapılıb. Cansız bədənləri dağıntı altından çıxarılan gənclərdən biri Gündüz Nəzərzadədir. 
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, Gündüz Sumqayıt şəhərində anadan olub, 9-cu mikrorayon ərazisində yaşayıb. Ailədə iki qardaş olub. Yaxınlarının bildirdiyinə görə, Gündüz Azərbaycan Tibb Universitetini bitirib, sonra təhsilini qardaş ölkədə davam etdirmək qərarına gəlib.
"Gündüzün Arzuman adlı bir qardaşı var. O da Türkiyədə oxuyur. Gündüz Azərbaycan Tibb Universitetini bitirib, daha sonra Türkiyəyə gedib. Eskişəhər və Malatyada tibb üzrə uzmanlıq təhsili almağı planlaşdırırdı. Qardaşı Arzuman isə Türkiyənin Antalya şəhərində Akdeniz Universitetində turizm fakültəsində təhsil alırdı. Anaları evdar qadındır. Ataları isə əlinin zəhməti, qabarı ilə onları böyüdüb. Ataları Mübariz çalışırdı ki, hər iki övladı təhsilli olsun. Halal, zəhmətkeş ailədə böyüyüblər.
Atası onun ölümünü qəbul edə bilmir. Deyir ki, "mənim oğlum ölməyib, onu torpağa qoymayana qədər öldüyünə inanmayacam". Gündüzün anası da şəkər xəstəsidir. Türkiyəyə gedəndən xəstəxanadır. Hazırda onlar hadisənin şokunu yaşayırlar. Qardaşı da pərişandır. Çox böyük faciədir, Allah səbr sersin", – deyə ailənin yaxınları bildiriblər.
Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağıntılar altında qalıblar. Onların cənazələri fevralın 16-da ölkəyə gətiriləcək.

Hadisə       Tarix: 15 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Qubada kişi evində ölü tapıldı

Qubada kişi evinin həyətində ölü halda tapılıb. xəbər verir ki, hadisə şəhərin Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. Rövşən Telman oğlu Ağaquliyevin meyiti yaşadığı evin həyətində ailə üzvləri tərəfindən aşkarlanıb. Onu

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Su bidonuna düşən 7 yaşlı uşaq öldü

Şamaxıda bədbəxt hadisə baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Şamaxının Çuxuryurd kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı S.Samıyev yaşadığı Çuxuryurd kəndindəki evin həyətində su ilə dolu olan bidona düşməs

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil


son xeberler yeni xeberler azerbaycan xeberleri siyaseti xeberler bugun en son xeber bugünkü son xəbərlər sonxeber az