Zəngilana uçan ilk mülki təyyarənin kapitanı: "Füzuli hava limanına da birinci uçuşu mən etmişəm
"Zəngilandan qabaq Füzuli hava limanına uçan ilk mülki təyyarənin kapitanı da mən olmuşdum".
azxeber.com xəbər verir ki, bunu Report-un Zəngilana ezam olunmuş əməkdaşına açıqlamasında "Khankendi" təyyarəsinin kapitanı Rasim Qəhrəmanov deyib.
Hava gəmisinin pilotu yeni açılmış aeroporta ilk uçuşla bağlı hisslərini bölüşüb:
"Çox məsuliyyətli və həyəcanlı vəzifədir. Fəxr edirəm ki, bu iş məhz mənə həvalə olunub".
Rasim Qəhrəmanov təyyarənin adının simvolik olduğunu da vurğulayıb:
"AZAL tərəfindən xüsusi olaraq bu reys üçün adı "Khankendi" olan təyyarə ayrıldı. Düşünürəm ki, bu, özü çox maraqlı jestdir".
İşğaldan azad olunan torpaqlarda, əhalinin ilk məskunlaşdığı ərazidə, Ağalıda birinci böyük idman turniri haqqında da fikirlərini bölüşən pilot yarışları həyəcanla izlədiyini qeyd edib:
"Mübarizəni maraqla izlədim. Xüsusilə cənab nazir Fərid Qayıbovun yarışdakı çıxışı xoşuma gəldi. Belə tədbirlərin tez-tez keçirilməsi maraqlı olacaq".
Qeyd edək ki, bu gün Zəngilan Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib.
Rayonun Ağalı kəndində keçirilən "Zəfər yürüşü" triatlon turnirində iştirak etmək üçün idmançıları, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Triatlon Federasiyasının əməkdaşlarını, həmçinin media nümayəndələrini daşıyan "Khankendi" təyyarəsi yenicə istifadəyə verilmiş Hava Limanına eniş edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var