"Zirə" üçün son sədd - "Şanslar bərabərdir"
"Zirə" bu gün Konfrans Liqasının pley-off mərhələsində "Omoniya"nın qonağı olacaq. Bura qədər inamla irəliləyən "qartallar"ın xəyyalarının gərçəkləşməsi üçün yeganə sədd "Omoniya"dır.
Azərbaycan klubları ümumilikdə Kipr təmsilçiləri ilə 7 dəfə qarşılaşıblar. Startımız ölkə futbol tarixinə qızıl hərflərlə yazılıb. Belə ki, 2012-ci ildə "Neftçi" Nikosiyada APOEL-ə qalib gələrək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.
"Omoniya" azarkeşlərimiz üçün heç də yad rəqib deyil. "Qarabağ" 2021/22 mövsümündə Avropa Liqasının qrup mərhələsində Kipr komandası ilə iki dəfə qarşılaşıb. Bakıda "Omoniya" ilə heç-heçə edən "köhlən atlar" (Qarabağ – Omoniya 2:2) Nikosiyada rəqibinə qalib gəlməyi bacarmışdı (Omoniya -Qarabağ 1:4). Adıçəkilən komanda 2023/24 mövsümündə Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ"nin qarşısını kəsmişdi.
Görəsən, "Zirə" Kipr təmsilçisini üstələməyi bacaracaqmı?
Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov KONKRET.az-a açıqlamasında "Zirə"nin sərfəli nəticə qazanacağına inandığını deyib:
"Açığı, "Zirə"nin uğur qanacağına inanıram. Çünki son oyunlarına nəzər yetirsək, potensiallarının yüksək olduğunu görərik. Bu da onu deməyə əsas verir ki, "qartallar" bura qədər boşuna gəlməyiblər. Rəşad Sadıqovun komandası səfərdə ən azı uğurlu nəticə əldə edib, cütün taleyini Bakıda həll etməyə çalışacaq. Qeyd etdiyim kimi, onlar yüksək potensiala malikdirlər. Hazırda şanslar bərabərdir. "Zirə" üçün əsas məqsəd qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bundan sonra mütləq şəkildə 2-3 futbolçu transfer edilməlidir".
Məlik Məlikov,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto