Zod kəndində doğulan "MOŞENNİK"İN qızıl həyatı və PASLANMIŞ fəndləri

Zod kəndində doğulan Azərbaycanda Bəxtiyar adı çəkiləndə əvvəllər Rəşid Behbudovun baş rolda çəkildiyi "Bəxtiyar" filmi, xalq şairi Bəxtiyar Vahabzadə, yaxud lotu Bəxtiyar yada düşərdi. Son günlərin ən aktual Bəxtiyarı isə Bəxtiyar Hacıyevdir.
KONKRET.az xəbər verir ki, Bəxtiyar Hacıyev 1982-ci ildə Basarkeçərin Zod kəndində doğulub. Ağdaş özəl türk liseyini qızıl medalla bitirdikdən sonra BDU tələbəliyi, Xəzər Universiteti və Harvard magistrlikləri görüb. 2010-cu ildən deputatlığa namizədliklə siyasətə qoşulub. Müxalif yanaşmalarına görə, dolanışığından narazı camaat arasında sevilib və izlənilib.
Kasıbları aldatmağa nə var ki?
Bəxtini diyarda sınamaq istəyən Bəxtiyar Hacıyev də bu reallıqdan faydalanıb. Və rəsmi orqanların açıqlamadığı, yerli mediada elə də yayımlanmayan mövzuları açıb-ağartmağa başlayıb. Belə olan halda isə onun reytinqi daha da yüksəlib. Heç kimin isə ağlına da gəlməyib ki, Bəxtiyar Hacıyev bu informasiyanı necə əldə edib? Adam Harvardda oxuyub deyə falçı deyil ki. Son səs yazısı və faktlardan sonra adam dediyimizin "moşennik" olduğu ortaya çıxır. Ötən il Ülviyyə Alovlu ilə qalmaqallı məhkəmə prosesi, pişik davalarından sonra "imic"i ayaqlar altına düşən Bəxtiyarın kimlərin buyruqçusu olması da aydınlaşandan sonra Hacıyevin hörməti FHN kabinetlərində polkovnikin altına yıxılan ərli qadınların qeyrəti qədərdir. Ləkələnmək bahasına pul qazanmaq Qərbdən maliyyələşən müxalifətçilərə xas olduğundan Azərbaycan cəmiyyəti düşünürdü ki, Bəxtiyar da radikal "muxa"dır. Düzü, vızıltısı da Kərimli bəyanatlarına oxşayırdı. Amma işin içində iş varmış.
Bu yazıdakı məqsədimiz odur ki, insanları müəyyən həqiqətlərdən agah edək. Əgər ölkədəki monopoliya günü-gündən dərinləşən halda Bəxtiyar Hacıyevin ödəmə sistemlərindən birində payı, taksi şirkətləri, şəhərin müxtəlif yerlərində obyektləri varsa, gəlin özümüzü aldatmayaq. Deməli, Bəxtiyar oliqarx məmurlardan bəziləri ilə müqavilə (rüşvət) əsasında çalışır. Bəxtiyar Hacıyevin köməyilə hansısa vəzifəyə yüksəlmək istəyi daha gülüncdür. Onsuz da məmurlar arasında səlahiyyət və vəzifə savaşı hər zaman olub. Hətta onlardan bəziləri prezidentlik iddiasına da qalxıblar. Bu cümlənin Əli İnsanov, Eldar Mahmudov və Vasif Talıbov faktları mövcuddur. Yəni insanlar buna öyrəşib, sadəcə, camaatı narahat edən başqa nüansdır:
– Düz söz danışıb fanat ordusu yığanların çoxu sonunda ya Qərbdən qrant alan ermənipərəst, ya da yerli oliqarx məmurların pul hesabına ortalığa atdığı marionet çıxır.
Teatrın son tamaşasının əsas kuklası Bəxtiyar Hacıyev idi.
KONKRET.az-ın Araşdırma Qrupu

Siyasi       Tarix: 29 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumat son xəbərlər bugün 2026 xeber bugun xeberler