Zöhrə Ağamirova: "İslamiadada 5 qızıl medal qazanmaq istəyirdim"
"Bu dəfə yarışa daha yaxşı hazırlaşmışdım. Bütün bacarığımı göstərməyə çalışırdım. Tam olaraq istədiyim kimi çıxış edə bilmədim".
KONKRET.az xəbər verir ki, bunu Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarının fərdi yarışlarında iki qızıl, bir gümüş və bir bürünc medal qazanan Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova deyib.
21 yaşıl idmançı İslamiadada 4 medala sahib çıxdığı üçün şad olduğunu bildirib: "5 qızıl medal qazanmaq istəyirdim. Amma bunu da yaxşı nəticə hesab etmək olar. Mənim əsas rəqibim elə özüməm".
Gimnastların Konyadakı yarışda uğurlu çıxış etdiyini deyən Ağamirova Bolqarıstandakı dünya çempionatına hazırlaşacaqlarını söyləyib: "Məşqlərimə davam edəcəyəm. Mundialda yaxşı nəticə ilə finala vəsiqə qazanmaq niyyətindəyəm".
Qeyd edək ki, Zöhrə Ağamirova lentlə və gürzlə hərəkətlərdə qızıl, halqa ilə hərəkətlərdə gümüş, topla hərəkətlərdə isə bürünc medala sahib çıxıb.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi