1-2 gün dözəcəklər, sonra Rusiya... - Jirinovski yaxın aylarda başlayacaq müharibədən danışdı
Donbassda böyük müharibə çox yaxındadır. Rusiyalı siyasətçi, LDPR lideri Vladimir Jirinovski belə hesab edir. Onun fikrincə, hər şey təxribatla başlayacaq. "İlk bir-iki gün onlar dözəcəklər, sonra Rusiya köməyə gələcək...", - Jirinovski bildirib.
Litvaya qaçan belaruslu fəal Olqa Karaçla söhbətində Jirinovski deyib ki, Qərbə Ukrayna ancaq Rusiya ilə müharibə üçün lazımdır. Onun sözlərinə görə, müharibə çox güman ki, mayda başlayacaq.
"1941-ci ildə olduğu kimi böyük müharibə olmayacaq, amma qurbanlar olacaq. Donbass uğrunda, Luqansk uğrunda müharibə, Krıma qarşı vuruşmaq cəhdi",-o deyib.
Siyasətçinin sözlərinə görə, Ukrayna tərəfi artıq müharibəyə hazırlaşıb və Donetsk vilayətinə qüvvələr cəmləşdirib. Və Ukrayna ordusu indiki halda Qərb üçün "top yemi" olacaq.
"Böyük təxribat üçün onlar ilk bir-iki günü dözəcəklər. Sonra hamısı məhv ediləcək. Donetsk özünü müdafiə qüvvələrinin köməyinə Rusiya gələcək, rusdilli vətəndaşları, Rusiya pasportu olanları qorumaq üçün. Onlar isə orada yüz minlərlədir",-Jirinovski hadisələri belə proqnozlaşdırıb.
"Məğlub olacaqlar",-siyasətçi Ukraynanı nəzərdə tutaraq əlavə edib.
Qeyd edək ki, Azərbaycanın Qarabağı hərbi yolla azad etməsindən sonra Donbass separatçıları ciddi təşvişə düşüb. Onlar narahatdır ki, Ukrayna ordusu da eyni ssenari ilə, Türkiyədən aldığı "Bayraktar"ları da tətbiq etməklə hücuma keçəcək. Ötən gün Rusiya mənbələri "Donetsk özünümüdafiə ordusu"undakı acınacaqlı vəziyyət barədə məlumatlar yaymışdı və orada deyilirdi ki, Ukraynanın yazda gözlənilən hücumu ərəfəsində separatçıların ordusunda texnikanın yarıdan çoxu "metallom"dur, muzdlulara maaş verilmir, təchizat çox pisdir, motivasiya yoxdur. Ən adi hərbi vasitələr belə çatışmır. (virtualaz.org) /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək